Azərbaycan-Pakistan işçi qrupu arasında yeni görüş: protokol imzalandı

img

17-01-2020 [11:19]


Ravalpindi şəhərində şəhərində Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəsində 9-cu görüş keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov rəhbərlik edib.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2020-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşün yekununda protokol imzalanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR