?Oskar? mükafatını qaliblərə təqdim edəcək zəxslərin adları açıqlanıb

img

17-12-2010 [05:12]


Amerika Kino Akademiyası ?Oskar?ın təqdim edilməsi mərasimində qaliblərə heykəlcikləri verəcək şəxslərin adlarını açıqlanıb. ?Oskar? mükafatının rəsmi saytı xəbər verir ki, siyahıya Holli Berri, Ceff Bridces, Sandra Ballok, Marisa Tomey və Opra Unfri daxildir. Aktyorların seçilməsi ilə mərasimin prodüserləri Brüs Koen və Don Mişer məşğul olmuşlar. Siyahı hələlik tam məlum deyildir. Adları sadalanan şəxslərin arasında həm ?Oskar? mükafatını alanlar, həm də mükafata iddialı olanlar da vardır. Holli Berri 2001-ci ildə ?Bədheybətlərin rəqs gecəsi? filmindəki roluna görə ?Ən yaxşı aktrisa? nominasiyasında ?Oskar? mükafatını almışdır. Sandra Ballok və Ceff Bridces isə 2009-cu ildə ?Görünməz tərəf? və ?Dəlisov ürək? filmlərindəki rollarına görə ?Ən yaxşı aktyor? və ?Ən yaxşı aktrisa? nominasiyalarında ?Oskar? mükafatlarına layiq görülmüşlər. Morisa Tomey ?Mənim əmioğlum Vinni? filmindəki iştirakına görə ?Ən yaxşı ikinci plandakı qadın rolu? nominasiyasında ?Oskar? mükafatını almışdır. Opra Uinfri isə Amerika Kino Akademiyasının mükafatına sahib olmamışdır. Lakin o, 1986-cı ildə ?Bənövşə çəmənliyi? filmində ?Ən yaxşı ikinci plandakı qadın rolu? nominasiyasında mükafata iddialı olmuşdur. Bununla yanaşı, o, ?Oskar? mükafatına iddialı olan ?Cavahirat? filminin prodüseri kimi də çıxış etmişdir. ?Oskar? mükafatının təqdimat mərasimi 2011-ci il fevralın 27-də Los-Ancelesdəki ?Kodak? kinoteatrında olacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA