Bərdədə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 88 illiyi qeyd edilib

img

26-11-2010 [01:30]


Görkəmli Azərbaycan bəstəkarı, unudulmaz mahnı və romansların, bir neçə opera və baletin müəllifi, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 88 illiyi Bərdə şəhər 4 saylı musiqi məktəbində qeyd edilib. Tədbirdə çıxış edən məktəbin direktoru Cəmilə Orucova və musiqi müəllimi Günel Xəlilova F.Əmirovun zəngin həyat və yaradıcılığına bir daha nəzər salmış, bəstəkarın ?Şur?, ?Kürd-ovşarı?, ?Gülüstan-Bayatı Şiraz? simfonik muğamlarının, ?Nizami? simfoniyasının, doğma vətəni tərənnüm edən ?Azərbaycan kapriççiosu?, ?Azərbaycan süitası?, ?Azərbaycan qravürləri? və yaradıcılığının zirvəsi sayılan ?Min bir gecə? baletinin yalnız Azərbaycanın deyil, dünya mədəniyyət inciləri sırasına daxil olduğunu qeyd edmiblər. Musiqi məktəbinin kollektivi bəstəkarın əsərlərindən parçalar ifa edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA