SAKİT OKEANA DOĞRU...
YAZARLAR
Bugün, 12:22
Qulu Ağsəs
***
Azər deyəndə, elə bil, ölkənin yarısını çağırırsan.
Turan çağıranda bütün dünyanı.
Azər – Xəzər boydadı,
Turan – Okean.
Azər haçansa Turan olub, sonra bənd-bərəni kəsiblər.
“Bütün bunlar nədən ötrüdür axı, bilirsən?”
– hərdən kədərlə düşünür.
“Bilirəm!”
– cümlənin sonundakı nida qüssənin bağrını dəlir...
***
Ritm.
Hə, ritm.
Qədim yunan dilində “rhythmos”, yəni ahəng deməkdir – eyni və oxşar ünsür, səs və hərəkətlərin vaxtaşırı təkrarı.
Küləyin də ritmi var.
Bayılda onu təkcə eşitmirlər.
Görürlər də!
Ritmin ahəng təkrarı olduğunu “ağlı başındalar” tapıblar.
“Ürəyi başında” olanlarınsa, fikri-xəyalı bir özgədir:
ritm – təkrarın təkrarsızlığıdır!
O, Bayılda yaşayır.
O, ritmi təkcə eşitmir, həm də görə bilir.
O, təkrarın təkrarsızlığını yazır.
Uzağa getmir.
Bayıldan bayıra çıxmır.
Elə özündən yazır.
Azərdən.
Turandan.
Təzədən Azəri Turana,
Xəzəri Okeana calamaq istəyir...
***
Sevgi – məhəbbət –
eşq.
Nədir bunların fərqi?
Sevgi – qıza, oğlanadır.
Məhəbbət – Vətənə, torpağa, doğmalaradır.
Eşq – Tanrıya.
Bunlar onun sevgi-məhəbbət-eşq üç bucağının künc bucaqlarıdır.
Onun imanı Hüseyndir – Hüseyn Cavid.
Hər il dekabrın 5-nə yas saxlayır.
Caviddən elə danışır, sanki vəfat xəbərini indicə alıb.
O biri repressiya qurbanlarını deyə bilmərəm, Hüseyn Cavidin ölümündə özünü günahkar sayır...
***
Ritmə qayıdaq.
Təkrarın təkrarsızlığına.
O, əvvəllər həmişə eyni mövzulara müraciət edib.
Sonra həmin mövzular da məhz ona üz tutub. Beləcə, dialoqları alınıb.
Hər yazısında Əli bəy Hüseynzadə var, Cavid Əfəndi, İsmayıl bəy Qaspiralı, Əhməd bəy Ağaoğlu, Əhməd Yəsəvi, Mahmud Qaşqarlı, Bəkir Çobanzadə var.
Hamısı bəydi, xandı, ağadı.
Onların sağlığında yazsa, çoxlu ənam qazanardı.
Yavuz Bülənd Bakilərdən də çox yazıb. Sən demə, Türkiyənin dilindən düşməyən “Can Azərbaycan” ifadəsinin yiyəsi o kişiymiş!..
***
Azər Turan hər yerdə türkçülüyün izlərini axtarır:
ədəbiyyatşünaslıqda,
memarlıqda,
hətta yandırılmış əlyazmalarda belə.
Axtaran bir gün nələrsə itirir:
gənclik,
sağlamlıq,
var-dövlət...
Əvəzində nəsə qazanmasa da, ümid eləyir:
bəlkə, bir gün Xəzər yenidən okeana birləşəcək?
Özü də Sakit okeana.
Çünki o, bütün bunları sakitcə görür...
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
SAKİT OKEANA DOĞRU...
Bugün, 12:22 YAZARLAR
-
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib - Nələr müzakirə olunub?
Bugün, 12:17 CƏMİYYƏT
-
Azərbaycan neft 1.5 dollar ucuzlaşdı
Bugün, 11:55 İQTİSADİYYAT
-
YAP möhkəm ideoloji təmələ malikdir - Afiq Mirzə yazır
Bugün, 11:43 SİYASƏT
-
"Ulduz" jurnalının Xaqaniyə həsr olunmuş xüsusi sayının Sumqayıtda təqdimatı keçirilib
Bugün, 11:28 MƏDƏNİYYƏT
-
Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı
Bugün, 11:15 CƏMİYYƏT
-
İlham Əliyev Vyetnamın Prezidenti, Baş naziri və Milli Assambleyanın sədri ilə görüşüb - FOTOLAR (Yenilənib)
Bugün, 10:07 GÜNDƏM
-
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifasından yazdı: "Əla tələffüz və gözəl ifa!" - VİDEO
Bugün, 09:52 SİYASƏT
-
Şəmkirdə qadın abort zamanı ölüb
Bugün, 09:01 CƏMİYYƏT
-
Bakıda həkimin sürücüsü ilə bağban arasında dava - Villada nə baş verib? + VİDEO
Bugün, 00:07 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:06 CƏMİYYƏT
-
Tramp Tehranla anlaşa bilmədiklərini etiraf etdi: "Neftin qiymətinin enməsi İrandan aslıdır"
20.11.2026, 22:22 GÜNDƏM
-
SABİQ NAZİR İDARƏ MÜDİRİ TƏYİN OLUNDU - Əvvəlki müdirə isə Agentlikdə yeni vəzifə verildi
20.11.2026, 21:32 GÜNDƏM
-
Həbsdən çıxıb klubu geri aldılar
20.11.2026, 21:01 İDMAN
-
BDU-nun prorektoru vəzifədən azad olunub
20.11.2026, 20:56 CƏMİYYƏT
-
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
20.11.2026, 18:50 SİYASƏT
-
DTX-dən XARİCDƏ NÖVBƏTİ ƏMƏLİYYAT: iki nəfər saxlanılaraq ölkəmizə gətirildi - FOTOLAR
20.11.2026, 18:45 KRİMİNAL
-
“Dörd tabut”u oxuyursan, düşünürsən...
20.11.2026, 18:34 MƏDƏNİYYƏT
-
Arda Çakmak klub prezidentliyindən gedir: "Namizəd olmayacağam"
20.11.2026, 18:09 İDMAN
-
Dəyişiklik QHT-lərə necə təsir edəcək? – “Tam dayandırma tətbiq edilirsə...”
20.11.2026, 18:03 SİYASƏT
-
Türkiyədə deputatın toxunulmazlığı ləğv olunur
20.11.2026, 17:52 SİYASƏT
-
"Putin Çindəki uğursuzluğunun qəzəbini Ukraynadan çıxır" - Zelenskidən açıqlama
20.11.2026, 17:49 GÜNDƏM
-
Rusiyada qəribə olay: yüzlərlə canavar -56 dərəcədə bir araya gəldi və...
20.11.2026, 17:30 DÜNYA
-
Azercell-in 30 il səninlə lotereyasında daha 14 abunəçi iPhone 17 Pro 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
20.11.2026, 17:22 İQTİSADİYYAT
-
BDU-nun rektoru ölüm işinə görə vəzifədən çıxarılıb? - Elçin Babayevin xanımı danışdı
20.11.2026, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
20.11.2026, 17:00 İQTİSADİYYAT
-
Bakı və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq
20.11.2026, 16:58 GÜNDƏM
-
Millətlər Liqasının püşkü atıldı
20.11.2026, 16:51 İDMAN
-
Bir ay əvvəl qəfildən halı pisləşən baş məşqçi: "Əlayam, oyuna dönməyi səbrsizliklə gözləyirəm"
20.11.2026, 16:40 İDMAN
-
Putindən Finlandiyanın rus idmançılarına qadağasına sərt reaksiya: "Hardadır Beynəlxalq İdman Arbitraj Məhkəməsi?"
20.11.2026, 16:27 İDMAN
-
IX sinifdən kolleclərə qəbul dayandırılacaq
20.11.2026, 16:22 CƏMİYYƏT
-
İran XİN: "ABŞ blokadanı ləğv etməlidir"
20.11.2026, 16:09 DÜNYA
-
SOCAR Mərkəzi Avrasiyanın ən böyük şirkətlərinin reytinqinə başçılıq edib
20.11.2026, 16:02 İQTİSADİYYAT
-
"Yanıma gəldi, dedi ki..." - Özgür Özəl AKP-yə keçən bələdiyyə sədrinin sirrini açdı
20.11.2026, 15:49 SİYASƏT