Millətlər Liqasının püşkü atıldı

Millətlər Liqasının püşkü atıldı

İDMAN

Bugün, 16:51

2026-27 UEFA Millətlər Liqası mövsümü üçün dörddəbir final, yarımfinal və yüksəliş-düşmə pley-off cütlükləri açıqlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərindəki UEFA qərargahında keçirilib.

Məlumat üçün bildirək ki, dörddəbir final və yüksəliş/düşmə pley-off oyunları iki oyundan ibarət pley-off oyunları kimi keçiriləcək.

İlk oyunlar 25 və ya 27 mart, cavab oyunları isə 28 və ya 30 mart 2027-ci ildəoynanılacaq.

Dörddəbir finalda qrup ikincisi olanlar və yüksəliş/düşmə pley-offunda aşağı liqalardan olan komandalar ilk oyunlarını evdə bş tutacaq.

Dörddəbir finaldan yüksələn komandalar 9-13 iyun 2027-ci il tarixləri arasında keçiriləcək finalda mübarizə aparacaqlar.

Yarımfinal oyunları 9-10 iyun tarixlərində, üçüncü yer və final oyunları isə 13 iyunda tək oyun şəklində keçiriləcək.

Beləliklə, 1/4-də bu komandalar üz-üzə gələcəklər:

İspaniya - Fransa

Norveç - İngiltərə

Hollandiya - Portuqaliya

Belçika - Almaniya

YARIMFİNAL OYUNLARI

Hollandiya-Portuqaliya qalibi / İspaniya-Fransa qalibi

Belçika-Almaniya qalibi / Norveç-İngiltərə qalibi

A/B LİQASININ PLAY-OFF OYUNLARI

Bosniya və Herseqovina - Danimarka

Macarıstan - Serbiya

İrlandiya Respublikası - Xorvatiya

Sloveniya - Uels

B/C LİQASININ PLAY-OFFLARI

Kipr - Şimali Makedoniya

Estoniya - Rumıniya

Farer adaları - Gürcüstan

Belarus - İsrail

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR