YAP möhkəm ideoloji təmələ malikdir - Afiq Mirzə yazır
SİYASƏT
Bugün, 11:43
Yeni Azərbaycan Partiyası - 34...
Bu partiya tarixi təcrübəsinə söykənərək Azərbaycanın keçmişi ilə gələcəyi arasında mənəvi və siyasi körpü yaradır
Yazımızın əvvəlində birinci növbədə onu qeyd etməyi zəruri sayırıq ki, Yeni Azərbaycan Partiyasının monolit siyasi qüvvəyə çevrilməsi onun dövlətçilik fəlsəfəsinə, müstəqilliyimizə və azərbaycançılığa söykənən möhkəm ideoloji sütunlara malik olması ilə sıx bağlıdır. Əslində, partiyanın yaranması 1988-ci ildən başlayaraq ölkədə cərəyan edən hadisələrin, milli-azadlıq hərəkatının yekunu və mövcud ictimai-siyasi situasiyanın məntiqi nəticəsi idi.
Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandı. Vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanın taleyini düşünən bu insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir siyasi təşkilat yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər ziyalı, dövlət xadiminin imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində ölkəni gözləyən dağıdıcı proseslərin qarşısı alındı. “91-lər”in müraciətindən sonra oktyabrın 24-də Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavab olan “Yeni, Müstəqil Azərbaycan uğrunda” sərlövhəli məktubu mətbuatda dərc olundu.
Artıq yeni prosesin startı verilmiş, nicat yolunun istiqaməti düzgün müəyyənləşdirilmişdi. 1992-ci il noyabrın 5-də müraciət müəllifləri olan ziyalıların iştirakı ilə YAP təşkilat komitəsinin yığıncağı keçirildi və Heydər Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçildi. 21 noyabr 1992-ci ildə isə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın ağır günündə öz üzərinə xilaskarlıq kimi böyük tarixi missiyanı götürən Yeni Azərbaycan Partiyası meydana gəldi.
***
34 il əvvəlki proseslərə bu günün gözü ilə baxanda əmin olursan ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın üzləşdiyi ağır durum siyasi meydana yeni bir təşkilatın atılmasını zərurətə çevirmişdi. Onu da birmənalı olaraq deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkədə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etdi. Hazırda 800 minə yaxın üzvü olan partiya ötən 34 ildə uğurlarla müşayiət olunan şərəfli yol keçib. Bu gün birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanın tarixində YAP qədər böyük, güclü partiya olmayıb. Bu partiya Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Çünki Heydər Əliyev YAP-ı elə möhkəm təməllər üzərində qurub ki, bu təşkilat qısa zamanda xalqın etimadını qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi.
Bəli, Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin dalğasında yarandı. Amma burada bir fərqli aspektə nəzər yetirməyimiz vacibdir. Azərbaycanda meydana gələn partiyaların bir çoxu siyasət meydanına yeni atılan şəxslərin fərdi təşəbbüskarlığı ilə yaranırdı. Yeni Azərbaycan Partiyası isə onu yaradanların siyasi fəaliyyətlə məşğul olmaq istəyi ilə deyil, cəmiyyətin elitası sayılan nüfuzlu aydınların birgə təşəbbüsü nəticəsində, həm də ağır şəraitdə, böyük təqiblər şəraitində təsis edildi. Azərbaycanın keşməkeşlərlə müşayiət olunan həmin dövrə bir daha nəzər salsaq, görərik ki, Yeni Azərbaycan Partiyası olduqca mürəkkəb və ağır tarixi şəraitdə fəaliyyətə başlayıb. Müstəqilliyinə yenicə qovuşmuş, amma daxildən və xaricdən təhdidlərlə üzləşmiş Azərbaycanın parçalanması təhlükəsi Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün çağırışları gücləndirirdi. Çünki xalq Heydər Əliyevi dövlətin və özünün xilaskarı kimi görürdü.
Müasir Azərbaycan dövlətçiliyinin memarı Ümummilli Liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda onilliklər ərzində həyata keçirilən siyasi, iqtisadi və hərbi strategiyanın, milli birliyin və dövlət iradəsinin nəticəsi olan uğurları çağdaş dövlətçilik tariximizdə özünəməxsus yer tutur. YAP-ın gücü onun öz ideya yükünü, ölkənin gələcək inkişafı ilə bağlı konseptual baxışlarını modernləşdirə və dünya təcrübəsi ilə zənginləşdirə bilməsindədir. Hakim siyasi təşkilat daim cəmiyyətə yeni ideyalar təqdim edir, problemlərdən çıxış yollarını göstərir. Bu fəaliyyət YAP-ın ən müxtəlif sosial təbəqələrin etimadını qazanaraq ümumxalq partiyasına çevrilməsinə zəmin yaradıb. Onu da xüsusilə vurğulamalıyıq ki, dövlətimizin qüdrətlənməsi və beynəlxalq aləmdə yeni nüfuz qazanması ilə yanaşı, Yeni Azərbaycan Partiyası da öz beynəlxalq əlaqələrini möhkəmləndirib və böyük nüfuza malik siyasi təşkilata çevrilib. Möhkəm ideoloji təmələ malik Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz təkcə bölgənin deyil, dünyanın tanınan və qəbul edilən güclü dövlətinə çevrilib. Azərbaycanın əzəli torpağını işğaldan azad etməklə ata vəsiyyətini yerinə yetirən dövlət başçımız indi Qarabağın dirçəlişi, Böyük Qayıdış Dövlət Proqramının həlli istiqamətində genişmiqyaslı işlər görür. Möhtəşəm Zəfərdən sonra Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq prosesi hər bir vətəndaşın ürəyindən xəbər verir, onlarda qürur hissi doğurur.
Bu gün Azərbaycanın qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayan YAP XXI əsrdə daha böyük uğurlara nail olmağı hədəfləyir. Əminik ki, sadəcə, iqtidar partiyası kimi deyil, eyni zamanda, ümumxalq partiyası olan bu siyasi təşkilat qarşıdakı dövrdə də sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək müasir və qüdrətli Azərbaycanın gələcəyi naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək.
Afiq Mirzə (Mirzəbəyli),
“Reytinq” onlayn qəzetin (reyting.az) baş redaktoru
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
YAP möhkəm ideoloji təmələ malikdir - Afiq Mirzə yazır
Bugün, 11:43 SİYASƏT
-
"Ulduz" jurnalının Xaqaniyə həsr olunmuş xüsusi sayının Sumqayıtda təqdimatı keçirilib
Bugün, 11:28 MƏDƏNİYYƏT
-
Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı
Bugün, 11:15 CƏMİYYƏT
-
İlham Əliyev Vyetnamın Prezidenti, Baş naziri və Milli Assambleyanın sədri ilə görüşüb - FOTOLAR (Yenilənib)
Bugün, 10:07 GÜNDƏM
-
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifasından yazdı: "Əla tələffüz və gözəl ifa!" - VİDEO
Bugün, 09:52 SİYASƏT
-
Şəmkirdə qadın abort zamanı ölüb
Bugün, 09:01 CƏMİYYƏT
-
Bakıda həkimin sürücüsü ilə bağban arasında dava - Villada nə baş verib? + VİDEO
Bugün, 00:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:06 CƏMİYYƏT
-
Tramp Tehranla anlaşa bilmədiklərini etiraf etdi: "Neftin qiymətinin enməsi İrandan aslıdır"
20.11.2026, 22:22 GÜNDƏM
-
SABİQ NAZİR İDARƏ MÜDİRİ TƏYİN OLUNDU - Əvvəlki müdirə isə Agentlikdə yeni vəzifə verildi
20.11.2026, 21:32 GÜNDƏM
-
Həbsdən çıxıb klubu geri aldılar
20.11.2026, 21:01 İDMAN
-
BDU-nun prorektoru vəzifədən azad olunub
20.11.2026, 20:56 CƏMİYYƏT
-
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
20.11.2026, 18:50 SİYASƏT
-
DTX-dən XARİCDƏ NÖVBƏTİ ƏMƏLİYYAT: iki nəfər saxlanılaraq ölkəmizə gətirildi - FOTOLAR
20.11.2026, 18:45 KRİMİNAL
-
“Dörd tabut”u oxuyursan, düşünürsən...
20.11.2026, 18:34 MƏDƏNİYYƏT
-
Arda Çakmak klub prezidentliyindən gedir: "Namizəd olmayacağam"
20.11.2026, 18:09 İDMAN
-
Dəyişiklik QHT-lərə necə təsir edəcək? – “Tam dayandırma tətbiq edilirsə...”
20.11.2026, 18:03 SİYASƏT
-
Türkiyədə deputatın toxunulmazlığı ləğv olunur
20.11.2026, 17:52 SİYASƏT
-
"Putin Çindəki uğursuzluğunun qəzəbini Ukraynadan çıxır" - Zelenskidən açıqlama
20.11.2026, 17:49 GÜNDƏM
-
Rusiyada qəribə olay: yüzlərlə canavar -56 dərəcədə bir araya gəldi və...
20.11.2026, 17:30 DÜNYA
-
Azercell-in 30 il səninlə lotereyasında daha 14 abunəçi iPhone 17 Pro 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
20.11.2026, 17:22 İQTİSADİYYAT
-
BDU-nun rektoru ölüm işinə görə vəzifədən çıxarılıb? - Elçin Babayevin xanımı danışdı
20.11.2026, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
20.11.2026, 17:00 İQTİSADİYYAT
-
Bakı və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq
20.11.2026, 16:58 GÜNDƏM
-
Millətlər Liqasının püşkü atıldı
20.11.2026, 16:51 İDMAN
-
Bir ay əvvəl qəfildən halı pisləşən baş məşqçi: "Əlayam, oyuna dönməyi səbrsizliklə gözləyirəm"
20.11.2026, 16:40 İDMAN
-
Putindən Finlandiyanın rus idmançılarına qadağasına sərt reaksiya: "Hardadır Beynəlxalq İdman Arbitraj Məhkəməsi?"
20.11.2026, 16:27 İDMAN
-
IX sinifdən kolleclərə qəbul dayandırılacaq
20.11.2026, 16:22 CƏMİYYƏT
-
İran XİN: "ABŞ blokadanı ləğv etməlidir"
20.11.2026, 16:09 DÜNYA
-
SOCAR Mərkəzi Avrasiyanın ən böyük şirkətlərinin reytinqinə başçılıq edib
20.11.2026, 16:02 İQTİSADİYYAT
-
"Yanıma gəldi, dedi ki..." - Özgür Özəl AKP-yə keçən bələdiyyə sədrinin sirrini açdı
20.11.2026, 15:49 SİYASƏT
-
"Qalatasaray"da 4 futbolçunu yola salır
20.11.2026, 15:28 İDMAN
-
Jurnalistlər üçün müsabiqə elan olunub
20.11.2026, 15:21 PRESS
-
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTOLAR
20.11.2026, 15:07 GÜNDƏM