BDU-nun prorektoru vəzifədən azad olunub

BDU-nun prorektoru vəzifədən azad olunub

CƏMİYYƏT

Bugün, 20:56

Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanov vəzifəsindən azad olunub.

Mia.az Ölkə.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı müvafiq əmr imzalayıb.

Coğrafiya elmləri doktoru, professor F.İmanov BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru idi. O, 2021-ci ildən bu vəzifədə çalışırdı. 

F.İmanov müxtəlif illərdə BDU-nun Hidrometeorologiya kafedrasının müdiri və Coğrafiya fakültəsinin dekanı olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR