YAXIN ŞƏRQİN GƏLƏCƏYİNİ DƏYİŞƏCƏK YENİ PLAN HAZIRLANIR - "Heç bir ölkənin iki ordusu ola bilməz"

YAXIN ŞƏRQİN GƏLƏCƏYİNİ DƏYİŞƏCƏK YENİ PLAN HAZIRLANIR - \"Heç bir ölkənin iki ordusu ola bilməz\"

DÜNYA

Bugün, 11:06

İsrail döyüş təyyarələri səhərə yaxın Livanın şərqindəki Bekaa Vadisinə hava hücumu həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Suriya sərhədi yaxınlığındakı Janta bölgəsini hədəf alan əməliyyat İsrailin son bir neçə aydan sonra əraziyə ilk hava hücumu idi.

İsrail Müdafiə Qüvvələrindən bildirilib ki, döyüş təyyarələrinin təcili havaya qaldırılmasınn səbəbi Suriyadan Livana daşınan və "Hizbullah" verilməsi nəzərdə tutulan silah yükü olub: "Bu silahlar "Hizbullah"ın İsrail mülki əhalisinə və əsgərlərinə hücum etmək qabiliyyətini artırmaq üçün nəzərdə tutulub. İsrail ordusu həmin silah yükünü məhv edərək, məqsədinə çatmasına imkan verməyib".

Ordudan Janta bölgəsinin keçmişdə də "Hizbullah" tərəfindən qaçaqmalçılıq yolu kimi istifadə edildiyi xatırladılıb: "Artıq biz buna imkan verməyəcəyik"

Məlumatda hücumla yanaşı, digər diqqətçəkən məqama toxunulub. Qeyd edilib ki, İsrailin hücumu ilə eyni gündə ABŞ Livanın cənubundakı beynəlxalq sülhməramlı qüvvələrin statusunu dəyişmək planını işə salıb.

Səudiyyə Ərəbistanında yerləşən "Əl-Hadath" kanalı diplomatik mənbələrə istinadən bildirib ki, Vaşinqton administrasiyası Livandakı Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvələrini (UNIFIL) əvəz etmək üçün yeni beynəlxalq təhlükəsizlik qüvvəsi yaratmaq variantını nəzərdən keçirir: "Plan 100 nəfərə qədər şəxsi heyətdən ibarət qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Yeni qüvvələrin iyun ayında İsrail və Livan arasında imzalanmış təhlükəsizlik müqaviləsinin icrasına nəzarət etməsi və Litani çayının şimalında fəaliyyət zonasını genişləndirməsi gözlənilir. Yeni qüvvənin strukturu, missiyasının əhatə dairəsi və hansı ölkələrin iştirak edəcəyi ilə bağlı müzakirələr davam edir".

Belə bir anda ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Mayk Valts dünın Livanın paytaxtı Beyruta səfər edib. O, burada Prezident Cozef Aun, Baş nazir Nəvaf Salam və Parlamentin sədri Nəbih Berri ilə görüşlər keçirib. Görüşləri zamanı Valts Livan dövlətinin bütün ərazisi üzərində suverenliyini təmin etməli olduğunu vurğulayıb. Hizbullahın tərksilah edilməsinə çağıran Valts bildirib ki, bu, bölgənin sabitliyi və təhlükəsizliyi üçün mütlıqdir: "Heç bir ölkənin iki ordusu ola bilməz. Ümid edirik ki, Hizbullah silahlaırnı könüllü  yerə qoyacaq".

O, daha sonra Vaşinqtonun Livan ordusunun gücləndirilməsinə dəstək verməyə davam edəcəyini xüsusi vurğulayıb. 

Maraqlıdır ki, bu görüşlərlə bağlı yayılan xəbərlərdə UNİFL-ın mandatıənın ləğvi və yeni sülhməramlılar haqqında informasıya gizli saxlanılıb.

Onu da bildirək ki, 1978-ci ildən bəri Livanın cənubunda fəaliyyət göstərən UNIFIL-in mandatı 2025-ci ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq, 31 dekabr 2026-cı ildək uzadılıb. BMT Təhlükəsizlik Şurasının 2790 saylı qətnaməsinə əsasən, sülhməramlı qüvvələr həmin tarixdən etibarən fəaliyyətini dayandıracaq və bir il ərzində tədricən və təhlükəsiz şəkildə bölgədən çıxacaq.

Məlumatda deyilir ki, bir neçə ölkənin hərbçilərindən ibarət olan UNIFIL İsrail və Livan sərhədi boyunca təhlükəsizliyin monitorinqi, münaqişələrin qarşısının alınması və Livan ordusuna dəstək kimi vəzifələri yerinə yetirib.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR