"Sözcü TV" və "Sözcü" qəzetinin binasında əməliyyat: "Kölgə adam"ın oğlu nədə ittiham olunur? 

\"Sözcü TV\" və \"Sözcü\" qəzetinin binasında əməliyyat: \"Kölgə adam\"ın oğlu nədə ittiham olunur? 

PRESS

Bugün, 10:55

Türkiyənin çox az sayda olan nüfuzlu müxalifyönlü media quruluşları sayılan "Sözcü TV" və "Sözcü" qəzetinin yerləşdiyi ünvanlarda alatoranlıqda gözlənilməz əməliyyatlar keçriilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu açıqama yayıb.

Qeyd edilib ki, FETÖ/PDY terror təşkilatına üzvlük və terrorizmi maliyyələşdirməkdə ittiham olunan media quruluşlarının sahibi Burak Akbaya açılan cinayət işi çərçivəsində MASAK (Maliyyə Cinayətləri Araşdırma Şurası) hesabatları əsasında səhərə yaxın - alatoranlıqda sübh çağı əməliyyat düyməsi basılıb.

Açıqlamada Akbayın xaricdəki hesabları vasitəsilə şirkətləri maliyyələşdirdiyi iddia edilib. Əməliyyat çərçivəsində dörd nəfər saxlanılıb, TV və qəzetin başına isə qəyyum təyinatı aparılıb.

Bundan başqa, Burak Akbaya məxsus olan "Estetik Yayıncılık A.Ş." və "Mega Ajans ve Reklamcılık Ticaret A.Ş."-ni xaricdəki bank hesabları da nəzarətə götürülüb, adıçəkilən şirkətlərə də qəyyum təyinatı olub.

Yeri gəlmişkən, xatırladaq ki, Burak Akbay 1 yanvar 1971-ci ildə İstanbulda anadan olub. O, Türkiyə mətbuatında "Kölgə Adamı" kimi tanınan usta jurnalist və yazıçı Ərtoğrul Akbayın oğludur.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR