İmran Xan ölümlə üz-üzə qalıb: "Hər gün 22 saat "kars"da saxlanılıram, gec olmadan ədalət istəyirəm" 

İmran Xan ölümlə üz-üzə qalıb: \"Hər gün 22 saat \"kars\"da saxlanılıram, gec olmadan ədalət istəyirəm\" 

DÜNYA

Bugün, 21:02

Hazırda həbsdə olan Pakistanın keçmiş Baş naziri İmran Xan ölkənin Ali Məhkəməsinə müraciət ünvanlayıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, o, məktubunda özü və həbsdə olan həyat yoldaşı üçün tibbi müalicə tələb edib.

Xan iddia edib ki, həbsxanada ölümə məhkum vəziyyətdə saxlanılır, dünyadan təcrid olunub, gündə 22 saata qədər "kars"da saxlanılır: "Ailəmlə, vəkillərimlə görüşə imkan verilmir. Konstitusiya hüquqlarım və həbsxana qaydaları ilə məhbusa verilən bütün hüquqlarım pozulur. Ailəmlə, vəkillərimlə görüşə və ya oğullarımla əlaqə saxlaya bilməmişəm. Kitablarım və televizorum əlimdən alınıb.

Hörmətli hakimlər, sizdən heç bir xüsusi imtiyaz istəmirəm. Ədalət naminə yeganə xahişim Ali Məhkəmənin qərarlarının icra olunması və səhhətimizdəki problemlərimizin müalicəsinin təmin edilməsidir. Günahsızlığımı sübut etmək üçün ilk növbədə sağ qalmalıyam. Sizə insani şəfqət əsasında müraciət edirəm, çox gec olmadan mənə ədalət və haqqımı verin..."

Pakistan hökuməti isə sabiq baş nazirin müraciətindəki ittihamları qəbul etməyib: "Keçmiş Baş nazir mütəmadi olaraq mütəxəssis həkimlər tərəfindən müayinə olunur".

Xatırladaq ki, 2022-ci ilin aprel ayında İmran Xan parlament çoxluğunun səsiylə vəzifədən uzaqlaşdırılıb. 9 may 2023-cü ildə paytaxt İslamabadda həbs olunub.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR