Qonaq qarşılanması, hədiyyə alınması üçün açılan 651 min manatlıq kart, icarəyə verilən texnikalar... - “Azenco” ilə bağlı sensasion məhkəmə işi davam edir
KRİMİNAL
Bugün, 17:55
3 milyon 700 min manat mənimsəmədə ittiham olunan “Azenco” Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəməsi keçirilib.
Mia.az Teleqarf.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrlik etdiyi prosesdə “Azenco"nun nümayəndəsi prosesin qapalı keçirilməsini istəyib.
Müdafiə tərəfi qapalı prosesə əsas olmadığını deyib. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra şirkətin mühasibi Azər Məmmədəliyev ifadə verib, bildirib ki, Vüqar Əliyevi 2020-ci ildə işə başladığı dövrdən tanıyıb.
Onun sözlərinə görə, Vüqar Əliyevin adına biznes-kart açılıb, həmin kart vasitəsi ilə qonaqların qarşılanması, hədiyyə alınması, digər xərclər ödənib. Şahid qeyd edib ki, kartdan 651 min manat vəsait xərclənib: "Biznes-kart məndə olmayıb. Amma şirkətə bağlı olduğu üçün kartdan istifadə etmişəm. Kartdan xərc çıxanda Vüqar müəllimə müvafiq məlumat çatırdı".
Şahidin sözlərinə görə, kassa-mədaxil orderlərini yazıb, 2021-2024-cü illər ərzində pulları Vüqar Əliyevə hissə-hissə çatdırıb.
Vüqar Əliyev bildirib ki, şirkətin bəzi işləri üçün nağd pula ehtiyacı yaranıb, bunu da Azər Məmmədəliyevlə aralarında fiziki köçürmə yolu ilə həyata keçiriblər: "Problem olanda özümüzdən pul qoymuşuq. Sonra öz pulumuzu götürmüşük. Buna görə nağd köçürmələr olub. Misal üçün, şirkətin 100 min manata ehtiyac yaranıb. Öz aramızda kimdə nə qədər var, 20-30 min qoymuşuq, problemi həll etmişik, sonra pulumuzu geri almışıq. Azər Məmmədəliyev mühasibdir, bunu yaxşı bilir".
Azər Məmmədəliyevin sözlərinə görə, Vüqar Əliyev onlara nə qədər nağd pul lazım olduğunu deyib, onlar da aralarında pul toplayıblar, işi həll ediblər. Şahid qeyd edib ki, borcun ödənməsi üçün qəbzlər yazılıb.
Şahid bildirib ki, xüsusi ilə külli miqdarda mənimsəmə faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməmişdən əvvəl şirkətdə daxili araşdırma aparılıb. İdarə heyətinin sədrinə Vüqar Əliyevin kənar xərclər aparması ilə bağlı müraciət edilməyib.
Şahid müdafiə tərəfinin suallarını cavablandırarkən Etibar Pirverdiyevin şirkətə gəlişini görmədiyini deyib. Onun sözlərinə görə, Vüqar Əliyevin sərhədsiz səlahiyyətləri olub və bu səlahiyyəti ona "Azenco" idarə heyətinin sədri Hafiz Seyidov verib.
Vüqar Əliyev şahidə "Ulduz" metrosu yaxınlığında Etibar Pirverdiyevin ofisində iclas keçirmələri ilə bağlı sual verib. Şahid həmin iclasda iştirak etdiyini təsdiqləyib. Sorğu-sual zamanı məlum olub ki, şirkət iki il ərzində "Şahdağ" futbol klubunu maliyyələşdirib.
Daha sonra digər şahid, sahibkar Kamran Həsənov ifadə verib. Bildirib ki, 2020-ci ildə şirkət təsis edib, işğaldan azad olunmuş rayonlarda tikinti işləri görülməsi üçün başqa bir şirkətlə müqavilə bağlayıb, işlərin görülməsi üçün texnika lazım olub: "Mənə dedilər ki, "Azenco"da həmin texnikalar var. Mənə Əfqan müəllimin nömrəsini verdilər. Əlaqə saxladım, dedi ki, Vüqar müəllimlə danışıb, məsələni həll edəcək.
Sonra müqavilə bağladıq, texnikaları icarəyə götürdük. Aylıq pulu həm Əfqan müəllimə, həm də Vüqar müəllimə ödəyirdim. Texnikaların təmiri bizim öhdəmizdə idi. Texnikalar baha idi, ödəmədə gecikmələr olurdu. Bir müddət sonra bizi məhkəməyə verdiklərini eşitdim. Ümumilikdə 506 min 800 manat ödəniş etmişdim. Buna baxmayaraq bu məbləği məndən tələb etdilər. Vüqar müəllim dedi ki, kömək edəcəm.
Məni çağırdılar, barışıq sazişi bağladılar. Əllə verilən pulu sənəd kimi qəbul etmədilər. Bizim müqavilədə pulun bir hissəsinin nağd köçürülməsi ilə bağlı heç nə yoxdur. Əfqan müəllim dedi ki, bu qədər şirkətə, bu qədər də nağd ödəniləcək.
İlk başdan texnikalar ucuz vermişdilər. Sonradan icarə müqaviləsinə keçildi, qiymət bahalaşdı. Qorxdum ki, texnikaları geri çəkər, layihələrim yarımçıq qalar, bataram".
Sorğu-sual zamanı məlum olub ki, qeyd olunun şirkətin "Azenco" ilə mülki iddiası olub və məhkəmə "Azenco"nun xeyrinə yarım milyon manatlıq qətnamə çıxarıb. Şahid deyib ki, imkanı olmadığı üçün ödəniş edə bilməyib.
Daha sonra Vüqar Əliyevin vəkili vəsatətlə çıxış edib.
Vəkil "Azenco" şirkətinə sorğu göndərilməsini, Etibar Pirverdiyevin hansı tarixdə "Azenco"da rəsmi olaraq fəaliyyətə başladığı, işlədiyi dövrdə vəzifələri, işə qəbulu barədə əmr, əmək müqaviləsi, hər ay aldığı əməkhaqqı barədə arayışlar tələb olunmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Növbəti proses noyabrın 30-da davam edəcək
Qeyd edək ki, “Azenco” şirkətinin “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevə bağlı olduğu bildirilir.
Pirverdiyev vəzifədə olduğu dövrdə “Azenco” Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib.
Vüqar Əliyev 2022-2023-cü illərdə şirkətin İdarə Heyətinin sədri, sonradan isə bir müddət Müşahidə Şurasının sədri işləyib. O, 1 il əvvəl daxil olmuş şikayət əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Cinayət işi ilə bağlı fərqli ünvanlarda yerləşən əmlaklar üzərinə həbs qoyulub.
Vüqar Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub. Bu maddənin sanksiyası 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
BAKLI MERİYASI YENİDƏN FORMALAŞDI: Zülfəli İsmayılov, Rəşad Ağayev, Elmin İmanov, Anar Tağıyev... - Onlar haqda hansı qərarlar verildi?
Bugün, 18:19 CƏMİYYƏT
-
Ceyhun Bayramov Böyük Britaniya XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə edilib?
Bugün, 18:19 GÜNDƏM
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Bugün, 17:56 İQTİSADİYYAT
-
Qonaq qarşılanması, hədiyyə alınması üçün açılan 651 min manatlıq kart, icarəyə verilən texnikalar... - “Azenco” ilə bağlı sensasion məhkəmə işi davam edir
Bugün, 17:55 KRİMİNAL
-
Ordunun intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşdi -SİYAHI
Bugün, 17:27 CƏMİYYƏT
-
Deputat: "Rayonlar arasında ədalət prinsipi pozulub, qazlaşdırılmayan 900 kəndin 101-i təkcə Lerik rayonunun payına düşür"
Bugün, 17:14 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Avropalıların nə istədiyini anlamalıyıq" - Moskva Aİ-ni prosesdən kənarda saxlamaq istəyir, Estoniya və Kiyevə yeni mesajlar verir
Bugün, 16:49 GÜNDƏM
-
Kreml: "Biz Kiyevə "nəfəs məkanı" vermək niyyətində deyilik"
Bugün, 16:40 GÜNDƏM
-
Deputat media sahəsinə ayrılan vəsaitin azlığından şikayətlənib: “Milli düşüncəni təyin edən mediadır..."
Bugün, 16:32 PRESS
-
Bəzi ərazilərdə sabah güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 16:26 CƏMİYYƏT
-
"Kişmiş" restroanı yanıb - VİDEO
Bugün, 16:12 CƏMİYYƏT
-
Deputat: “Rus dilinin xüsusi statusu nədir ki, bu xərcləri dövlət ödəyir?”
Bugün, 15:57 SİYASƏT
-
“Röyaya zəng etdim, telefonla danışmaq istədim, danışdığım yerdə telefonu bağladı"
Bugün, 15:36 ŞOU-BİZNES
-
Alik Əzizbəyov vəzifəyə təyin edilib
Bugün, 15:29 İQTİSADİYYAT
-
Deniz Seki: "Həyatımın ikinci pərdəsini açıram"
Bugün, 15:18 ŞOU-BİZNES
-
Eksternat təhsilalma forması: sənəd qəbulu başlayıb
Bugün, 15:07 CƏMİYYƏT
-
Tramp video paylaşdı, sətirlatı müharibə mesajı verdi: "Allah əsgərlərimizi qorusun"
Bugün, 14:59 GÜNDƏM
-
Norveç həyəcan təbili çalır: "Yumurta və toyuq qıtlığı yarana bilər"
Bugün, 14:37 İQTİSADİYYAT
-
Minimum əməkhaqqı 500 manat olacaq? - 100 manat civarında artım gözlənilir
Bugün, 14:18 İQTİSADİYYAT
-
AZAL-dan sərnişinlərə növbəti zərbə - QURU SƏRHƏDLƏRİN BAĞLI OLDUĞU ÖLKƏDƏ BİLETLƏR “UÇACAQ”
Bugün, 14:18 CƏMİYYƏT
-
Tahir Budaqovun oğlunun toyu olub
Bugün, 14:05 CƏMİYYƏT
-
"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiqləndi
Bugün, 14:00 İQTİSADİYYAT
-
Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb - SƏRƏNCAM
Bugün, 13:56 CƏMİYYƏT
-
Əmlak Məsələləri Dövlət Xidmətinə əlavə səlahiyyyət verildi - FƏRMAN + DETALLAR
Bugün, 13:29 GÜNDƏM
-
Hikmət Hacıyev NATO Baş katibinin xüsusi nümayəndəsi ilə nəyi müzakirə edib? - Açıqlama + FOTO
Bugün, 13:09 SİYASƏT
-
Xaos, ilahi nizam və on iki ulduz və ya Sadıq Qarayevin adsız hekayəsi... - Kəbutər Hakverdi yazır
Bugün, 13:05 PRESS
-
Dağlıq ərazilərdə qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:55 CƏMİYYƏT
-
İRANA MÜHARİBƏ HAZIRLIĞI, YOXSA... - ABŞ daha bir nəhəng döyüş gəmisini bölgəyə göndərdi: "Bu, artıq müharibə planıdır"
Bugün, 12:49 DÜNYA
-
Prezident İlham Əliyev daha bir qanuna əlavə təsdiqlədi - Dəyişiklik
Bugün, 12:44 GÜNDƏM
-
Prokurordan etiraz - General qızı haqda qərardan protest verdi
Bugün, 12:39 GÜNDƏM
-
İş adamı həbs edildi, Məşhur “Atlant” İstirahət Mərkəzi müsadirə edildi - VİDEO
Bugün, 12:32 KRİMİNAL
-
"Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik... - Prezident təsdiqlədi
Bugün, 12:24 GÜNDƏM
-
Prezident Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib -DETALLAR
Bugün, 12:15 GÜNDƏM