"Şaban"ın "Yoksul" filmindəki "Leyla"sı: "Biz hələ ölmədik" - FOTO

\"Şaban\"ın \"Yoksul\" filmindəki \"Leyla\"sı: \"Biz hələ ölmədik\" - FOTO

MƏDƏNİYYƏT

Bugün, 00:22

Məşhur "Şaban" obrazınilə məşhurlaşan Kamal Sunalın unudulmaz "Yoksul" filmində "Leyla" adlı nişanlısı olan  Şehnaz Dilan illər sonra İstanbulun Nişantaşı səmtində jurnalistlərin obyektivinə "yaxalanıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, illərə meydan oxuyan 66 yaşlı aktrisa son görünüşü ilə diqqət çəkib.

O, jurnalistlərdən birinin "Artıq Türkiyə klassik film sənayesinin bitdiyini söyləyə bilərikmi?", - sualına belə cavab verib: "Biz hələ ölmədik!".

Xatırladaq ki,1960-cı ildə İzmirdə anadan olan, əsl adı "Şehnaz Vreskala" olan Şehnaz Dilan aktrisa olmazdan əvvəl İzmir Filizspor komandasında futbol oynayıb, hətta bir ara komandanın kapitanı da olub.

O, Kemal Sunalla yanaşı, o dövrün bir çox məşhur aktyorları ilə  çoxsaylı filmlərdə, həmçinin Şener Şenlə birlikdə "Aşık Oldum" filmində baş rolda oynayıb.

Bundan başqa, o, "Qızlar sınıfı" və "Ümid küçəsi" kimi filmlərdə yadda qalan rollara çəkilib.

Dilan 2021-cui ildə isə  "Sir-Ayet: Ölü Doğan" filmində yer alıb.

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR