ABŞ elitası hərbi bazalara sığınır - TƏHLÜKƏ ZƏNGİ, YOXSA...?

ABŞ elitası hərbi bazalara sığınır - TƏHLÜKƏ ZƏNGİ, YOXSA...?

GÜNDƏM

Bugün, 12:44

ABŞ və İran arasında hər an daha dəhşətli müharibənin baş verəcəyi xofunu artıran əsas amillərdən biri, bəlkə də birincisi ABŞ-ın hakim elitasının daimi yaşayış ünvanlarını dəyişmə qərarlarıdır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Fox News" maraqlı material dərc edib.

Materiala görə, Tramp administrasiyasının yüksək vəzifəli məmurları təhlükəsizlik tədbirləri məqsədiylə ailələri ilə birgə evlərini tərk edərək hərbi bazalara yerləşməyə başlayıblar.

İddiaya görə, Maliyyə naziri Skott Bessent, Dövlət katibi Marko Rubio, Müdafiə naziri Pit Heqset, Ağ Evin Baş Qərargah rəisi Stiven Millerdən sonra ölkənin baş prokuroru Todd Blanş da təhlükəsizlik tədbirlərinə görə hərbi bazaya sığınıb: "Bütün bunlar ABŞ və İran arasında artan gərginlikdən qaynaqlanır. Amerika artıq İrandan gələn təhdidlər çox ciddiyə almağa başlayıb. O səbəbdən bir çox rəsmilər hərbi bazalara köçürülüb. Bu günlərdə isə bəlli olub ki, ABŞ-ın baş prokuroru Todd Blanş da aylardır hərbi obyektdə yaşayır. Doğrudur, onlar bu qərarlaır açıq şəkildə İranla bağlamırlar, ümumiyyətlə, bu barədə sualları cavabsız buraxırlar..."

Xatırladaq ki, ötən ay ABŞ-ın İrana nüvə bombası atmaq planı olması barədə iddialar yayılıb. İran isə ABŞ və Avropanı hədəfə alacaq uzaqmənzilli yeni raketlərinin anonslarını verərək, cavab tədbirləri ilə təhdid edib.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR