Seçkini uduzan və ABŞ-a qaçan müxalifət lideri: "Bu sirri məzarıma aparacağam"

Seçkini uduzan və ABŞ-a qaçan müxalifət lideri: \"Bu sirri məzarıma aparacağam\"

DÜNYA

Bugün, 11:18

Braziliyadakı prezident seçkilərində məğlub olduqdan sonra ölkədən çıxışına qadağa qoyulmasına baxmayaraq, iki ölkənin dəstəyi ilə ABŞ-a qaçan müxalifətin vahid namizədi, senator Flavio Bolsonaron "The New York Times" qəzetinə müsahibə verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bolsonaro iki ölkənin dəstəi ilə  Braziliyanı tərk etdiyini etraf etsə də, hökumətdən kömək aldığı iddialarını təkzib edib.

O, "Bəs Braziliyanı necə tərk etdiniz" sualına isə belə cavab verib: "Bu sirri məzarıma aparacağam. Mən ölkəmizdə heç kimdən, o cümlədən hökumət üzvləridən  kömək almadım, tək idim".

O, 25 oktyabrda Braziliyada keçirilən seçkilərin ikinci turundan sonra ilk olaraq ev dustaqlığında olan atası, keçmiş prezident Jair Bolsonaronu ziyatər etdiyini sözlərinə əlavə edib: "Atam gözlərimin içinə baxıb soruşdu: 'Bilirsiniz, bununla hara çatmağa çalışırlar, elə deyilmi?". Mən də cavab verdim: 'Bilirəm və nə lazımdırsa edəcəm"

Çirkli pulların yuyulması və korrupsiya ittihamları ilə üzləşən Bolsonaro bütün ittihamları rədd edərək bildirib ki,  əgər Braziliyadan ayrılmasaydı, onu saxta ittihamlarla həbs edəcəkdilər: "Ölkəmdə təkrar seçkilər keçirilərsə, əlbəttə ki, yenidən namizədliyimi irəli sürəcəyəm."

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR