ƏRDOĞANDAN TRAMPIN SEÇKİDƏ UDUZMASINA REAKSİYA: "Köşəlik cümlə qurmaq hələ tezdir..."

ƏRDOĞANDAN TRAMPIN SEÇKİDƏ UDUZMASINA REAKSİYA: \"Köşəlik cümlə qurmaq hələ tezdir...\"

GÜNDƏM

Bugün, 01:04

ABŞ-da keçirilən ara seçkilərdə Trampın lideri olduğu Respublikaçılar Partiyasının Konqresin hər iki palatasında çoxluğu itirməsinə Türkiyə prezidenti Ərdoğan da reaksiyasız qalmayıb.

Mia.az xarici mətbuta istinadla xəbər verir ki, o, Cənubi Koreyadan səfərdən dönərkən təyyarədə bu barədə jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan hələlik seçki və onun nəticələrinə şərh verməyin tez olduğunu bildirib: “Ümid edirəm ki, seçki nəticələri Amerika xalqı üçün faydalı olacaq. Eyni zamanda, ümid edirəm ki, bu nəticələr regionumuz və dünya siyasətimiz üçün müsbət nəticələr verəcək. İndidən konkret şərh vermək, köşəlik cümlələr qurmaq bir az tez olardı...”

Ərdoğan Türkiyə-Amerika münasibətlərinin dərin köklərə malik olduğunu iddia edib: “Biz iki NATO müttəfiqi və uzunmüddətli strateji münasibətlərə malik iki ölkəyik”.

Türkiyə prezidenti daha sonra ölkəsinin də yerləşdiyi regionun uzun müddətdir ağır münqaişələr dövrdən keçdiyinə diqqət çəkib: “Təəssüf ki, müharibələr, münaqişələr və zülmlər ətrafımızda davam edir. Bölgəmizin mümkün qədər tez bir zamanda sülhə nail olmasını istəyirik. Ən böyük arzumuz ABŞ-dakı seçki nəticələrinin coğrafiyamızda davamlı sülhə və sabitliyə xeyirli olmasıdır. Biz bu istiqamətdə  həm Tramp administrasiyası, həm də Nümayəndələr Palatası və Senatla sıx əməkdaşlıq şəraitində işləyəcəyik".

F.ƏHMƏD

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR