39 cinayəti vardı, həbsxanadan iznə buraxıldı və... 

39 cinayəti vardı, həbsxanadan iznə buraxıldı və... 

KRİMİNAL

Bugün, 19:14

İstanbulun Aksaray bölgəsində həbsxanadan iznə buaxılan məhkum şəhəri bir-birinə qatıb.

Mia.az Türkiyə mətbatına istinadla xəbər verir ki, cinayət dosyesində 39 ayrı-ayrı cinayət işləri olmasıan baxmayyaraq, bir həfətlik evə buraxılan 30 yaşlı Sərvət Aldırmaz idarəetdiyi maşınla şəhərdə "hoqqa" verib.

Məlumata görə, uzun müddət polisləri ardıycan salan məhkum, nəhayət, bir dalanda "mühasirə"yə alınıb: "O, polisin "dayan" xəbərdarlığına əməl etmədən 9 nəqliyyat vasitəsinə çırpıldıqdan sonra saxlanılıb. Saxlanılan zaman isə polisin qanuni tələbinə əməl etməyən məhkum onlara bıçaqla hücum çəkib. Uzun mübarizdən sonra o, qandallanıb".

Məlumata əsasən, məhkum sürücülük vəsiqəsindən birdəfəlik məhrum edilib, əlavə 365 in lirə cərimələndikdən sonra həbsxanaya göndərilib.

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR