Rəqəmsal səngərdə "Asimmetrik döyüş": Sosial mediamızın həcm, dil və strateji sınağı
PRESS
Bugün, 11:13
Kəbutər Hakverdi,
Xüsusi olaraq Mia.az üçün
***
Son günlərin məlum dövlətlərarası gərginliyinə toxunmadan Türkiyə-Azərbaycan fonunda sərgilənən media resurslarımızın fəaliyyətinə kənardan, türklər demiş, “quşbaxışı” nəzər salmaq ehtiyacı yarandı. Düçünürəm ki, həmkarlarım inciməz çünkü dost acı söyləyərdən başqa bir medya mənsubu kimi orqanizmimizin “xəstə” bölgələrini görürüksə susmaq açıqlamaqdan daha anormal görünür.
Müasir dünyada hər bir nüfuzlu media resursu tək xəbər tirajlayan bülleten deyil, devlətin milli maraqlarını qoruyan, uluslararası müstəvidə ictimai rəyi formalaşdıran strateji bir sipərdir və nə yazık ki, bizim zəif nöqtəmizdir. Biz əlimizdəki böyük maddi, texniki və intellektual media resurslarını kürəsəl meydanda zamanında və hədəfə uygun işlətmək əvəzinə, çok zaman qapalı sosyal şəbəkə otaqlarında öz-özümüzə danışan təsəlli vasitəsinə çevirmişik.
Qarşı tərəf bir neçə dəqiqə içində koordinasiyalı şəkildə (vahid məktəbli geyiminin tətbiq olunduğu orta ümumtəhsil məktəblərinin girişində yaşanan bir neçə xoşagəlməz hadisənin sosial mediayaya müxtəlif variantlarda servis edilərək basqı kimi tirajlanması) beynəlxalq gündəm qurub həqiqəti təhrif edəndə, bizim ən böyük medya resurslarımız saatlarla hansısa kabinetdən gələcək rəsmi icazəni, şablon mətbuat bülletenini gözləyərək meydanı boş bıraxır. Artıq anlamaq məcburiyyətindəyik ki, mövcud potansialımız idarəçilik ətalətinə qurban verilməməlidir. Media qaynaqları çevik, çoxdilli, analitik düşünən gənc rəqəmsal qüvvələrlə gücləndirilərək real informasiya sipərinə çevirməlidir.
BİZ NİYƏ UDUZURUQ?
Xəbər dediyimiz hadisələr sanki gözlərimizin önündə, amma bizdən tamamən asılı olmayan bir sürətlə baş verir. Ekranda yüzlərlə saxta profil, dəqiqələr içində minlərlə tirajlanan koordinasiyalı qarayaxmalar, alt-üst edilən həqiqətlər və qəsdən yaradılan süni bir xaos. Biz isə hənüz əlimizdə kağız-qələm, hansısa idarənin rəsmi icazəsini, möhürlü bülletenini, bir cümləlik ləng təkzibini gözləyirik. Qarşı tərəf süni intellektin, kütləvi bot fabriklərinin və qlobal alqoritmlərin gücü ilə ictimai şüuru istədiyi səmtə yönəldib qapını arxadan bağlayanda, biz ancaq örtülən həmin qapının dəstəyinə təəccüblə baxırıq. Etiraf edək: bu gün uduzduğumuz yer hərbi səngər değil, rəqəmsal meydandır. Uduzuruq, çünkü savaşın qaydaları kökündən dəyişib, silahlar fərqlidir, biz isə hələ də keçən əsrin ətaləti, ənənəvi mətbuatın süst təmkinliliyi ilə müdafiə olunmağa çalışırıq.
Söz ardı: Azərbaycanda sosial platformaların tarixi və indiki vəziyyəti haqqında nağılvarı iki epizod danışmaq istəyirəm oxucularımıza. İki epizod arasında 20 ilə yaxın zaman fərqi var:
1-ci Epizod: “Yeni Azərbaycan” qəzetində çalışıram. Çox yaxın rəfiqəm gənc qızı ilə mənə yeni kitabını göndərib. Gözəl, tərbiyəli bir gəncdir və arada mətbuatda şeirləri çap olunur. Otururuq və söhbətləşirik. Nəzərləri bilgisayarımın ekranında açıq qalmış Facebook hesabıma ilişib qalır. Mən onu təbrik edirəm yaxında üzük taxmışlar, qarşıda toy var. Qız qəmli qəmli olmadı deyir, oğlan qızın özünə facebook hesabı açmağına əsəbləşib ayrılıb, həm də qızı əxlaqsız olmaqda ittiham edib.
2-ci Epizod: Ata evim əl-ayaqdan uzaq sərhəd kəndində yerləşir. İstanbuldan bir neçə günlüyə kəndə tətilə gəlmişik. Təsadüfən TikTok sosial şəbəkəsində orta məktəbdə bir oxuduğumuz kişini görürəm. Sinif əlaçısı idi. Adam şeir yazır, həmin şeirə musiqi bəstələyir, özü gitarada ifa edərək bəstələdiyi mahnını oxuyur. O qədər sevinirəm ki, sinif yoldaşımı gördüyümə və adamın fitri istedadına heyran qalaraq təbrik edirəm, xoş sözlər yazıram. Qardaşım TikTok-a girdiyimi görüb əsəbləşir. Üstəlik hökümətin dalınca da alıb-verir:”Bu əxlaqsızlığa niyə göz yumurlar, başımıza papaq qoymayaq indi. Niyə bağlamırlar TikTok-u.” Kiçik mübahisə edirik və birbirimizi başa düşməiyimiz üçün susuram.
Ertəsi gün xarici ölkədə yaşayan əmim oğlu zəng vurur. Heç demə mənim yad kişiyə yazdığım xoş sözlərə görə tayfamızın namus pristupu tutubmuş. Mən sadəcə şokdayam. Bizim tayfa kəndin savadlı, ali təhsilli, ailələrinin əksəriyyəti Rusya, Türkiyə, canım sizə desin, Macarıstan, Polşa, Estonya, Almanya kimi Avropa ölkələrində yaşayan ağır-batman bir tayfadır. Amma bir neçə saatın içində episentiri Biləsuvarda qeydə alınan tayfanın “pristup” dalğası Estonyaya qədər gedib çatıb.
Kürəsəlləşmə prosesində uduzmağımızın ən önəmli nöqtəsi məhz bu “pristuplara” bağlıdır. 15 İyun çevrilişindən Türkiyəni Tayyib Ərdoğanın WhatsApp üzərindən göndərdiyi səsli çağrış mesajı xilas etdi. Cəmi bir neçə saat ərzində bütün İstanbul, bəndəniz də daxil olmaqla küçələrə töküldü və 15 gün kimsə evinə getmədi. Bir sözlə, milyonların taleyini, devlətlərin nüfuzunu çözən qlobal platformalarda meydanı tamamən xarici təsirlərə təslim edib, özümüz için qurduğumuz qapalı sosyal şəbəkə hücrələrində bir-birimizi “etketləməklə” qələbə qazanmaq olmaz və mümkün deyil. Bu meydanda ancaq özümüzə deyil, dünyaya və qarşı tərəfə onun anladığı dildə, zamanında və cəsarətlə cavab verənlər qələbə çala bilər. Əgər bu gün həqiqəti vaxtında və yerində deyə bilmiriksə, sabah başqalarının uydurduğu yalanların içində boğulmağa məhkumuq.
Var Olan Üç Zəif Bənd və Olmayan Üçüncü Yol
Son 20 günün Türkiyə-Azərbaycan gəriliminin –acı mənzərənin arxasında bizi hər dəfə eyni nöqtədə xəyal qırıqlığına uğradan bağışlanmaz üç zəifliyimiz var.
Birincisi, meydanı və mexanizmi yanlış seçməyimizdir. Biz bütün enerjimizi internal təsəllilərə, qapalı Telegram kanallarına və TikTok-un ötəri emosiyalarına xərcləyirik. Kürəsəl diplomatiyanın, beynəlxalq jurnalistikanın və regional qərarların formalaşdığı təməl rəqəmsal poliqon olan "X" (Twitter) meydanını isə demək olar ki, boş buraxmışıq. Qarşı tərəf milyonluq kütlə ilə eyni platformada uluslararası ictimai rəyi dizayn edəndə, biz ancaq özümüzün eşidə biləcəyimiz küçük otaqlarda hay-küy salırıq. Amma təssüf ki, başqasının meydanında oynamadan, başqasının oyununu poza bilməzsən.
İkincisi, həddindən artıq merkezləşmiş bürokratik ətalətimiz və dil baryerimizdir. Müasir informasiya savaşında saniyələr qərarı verir. Bizim rəsmi və ənənəvi media isə koordinasiyalı bir hücum qarşısında sanki iflic olur; saatlarla, bəzən günlərlə hansısa idarədən təlimat gözləyir. Bu müddətdə yalan artık minlərlə beyinə həqiqət kimi həkk olunur. Üstəlik, verilən cavablar da yalnız internal auditoriyanın hisslərinə hesablanmış bəlağətli cümlələrdən ibarət olur. Biz qarşı tərəfin ictimaiyyətinə onun anladığı dildə, soyuqqanlı faktlarla, onun öz siyasi və mədəni kodları ilə xitab etməyi bacarmırıq, dünyaya değil, ancaq özümüzə arqument sübut etməyə çalışırıq.
Nəhayət, üçüncüsü, təşkilatlanmamış emosional dağınıqlığımız ve rəqəmsal savadsızlığımızdır. Sosial media istifadəçimiz kənar manipulyasiyaya, süni şekildə qızışdırılan dini ve ya milli təxribatlara bir neçə saniyə içində aldanır. Təsdiqlənmə…
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Bugün, 12:58 CƏMİYYƏT
-
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:46 CƏMİYYƏT
-
MÖVQELƏRİNİ ARD-ARDA İTİRƏN TRAMP... - ABŞ-dakı seçki ilə bağlı TƏHLİL
Bugün, 12:38 SİYASƏT
-
Yeni nazirdən yeni əmr - Baş direktor vəzifədən çıxarıldı
Bugün, 12:36 GÜNDƏM
-
İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisində!
Bugün, 12:32 GÜNDƏM
-
"Azərbaycanda vergi güzəştlərinin əhatə dairəsi genişləndiriləcək"
Bugün, 12:19 İQTİSADİYYAT
-
ABŞ-da ara seçkilərdə tarixi bir ilk yaşandı
Bugün, 12:10 GÜNDƏM
-
ABŞ tarixinin ilk müsəlman senatoru xanımına sarıldı, seçicilərdən xahiş etdi: "Uşaqlarınıza pis adamların uduzduğunu deyin!"
Bugün, 11:58 DÜNYA
-
"Dəfn pulu" da artılacaq
Bugün, 11:57 CƏMİYYƏT
-
Bu şəxslərə yeni mənzil veriləcək - 15 milyon manat ayrılır
Bugün, 11:48 GÜNDƏM
-
Səhiyyə Nazirliyi böyük dəyişiklik astanasında: üç nazir müavini yola salınır, biri isə... - YENİ NAZİR SƏRT GEDİŞLƏRƏ HAZIRLAŞIR
Bugün, 11:41 GÜNDƏM
-
Nəzakət Məmmədovanın qızı nikahını kilsədə bağladı - VİDEO
Bugün, 11:37 MƏDƏNİYYƏT
-
Qazaxda məktəbli 33 yaşlı kişini bıçaqladı
Bugün, 11:31 KRİMİNAL
-
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi
Bugün, 11:24 GÜNDƏM
-
Daşınmaz əmlakın alqı-satqısı və boşanma... - Ali Məhkəmə daha bir mübahisəli vəziyyətə aydınlıq gətirdi
Bugün, 11:19 CƏMİYYƏT
-
Rəqəmsal səngərdə "Asimmetrik döyüş": Sosial mediamızın həcm, dil və strateji sınağı
Bugün, 11:13 PRESS
-
ABŞ-ın SABİQ PREZİDENTİNDƏN TRAMPA SEÇKİDƏN SONRA İLK MESAJ: "Ölkəyə daha iki il zərər vermənizin qarşısını almalıyıq"
Bugün, 11:02 GÜNDƏM
-
AZAL-a niyə dotasiya ayrılır? - 7.1 milyon manat, güzəştlər və əcnəbi kadrlar...
Bugün, 10:49 İQTİSADİYYAT
-
Corciya qubernatorluğunu ilk dəfə qaradərili qadın qazanıb
Bugün, 10:42 DÜNYA
-
Hörmüz boğazında ABŞ-ın MQ-9-u zərərsizləşdirib - 4 gəmi isə minaya düşüb
Bugün, 10:31 DÜNYA
-
İrandan ABŞ-dakı seçkiyə rəsmi reaksiya: "Bu, vicdan məsələsidir, yoxsa..." - "Amerika xalqı müharibəyə yox dedi
Bugün, 10:08 SİYASƏT
-
Əli Kərimlinin şikayəti təmin olunmadı - Avropa Məhkəməsindən qərar
Bugün, 10:05 SİYASƏT
-
Hörmüz boğazındakı gərginlik Avropanı 127 milyard avro geri salıb
Bugün, 09:55 İQTİSADİYYAT
-
"AzInTelecom”da təyinat olub - FOTO
Bugün, 09:48 CƏMİYYƏT
-
Donald Tramp məğlubiyyəti etiraf etdi, silahdaşlarını günahlandırdı: "Demokratlarla birgə işləməyi səbirsizliklə gözləyirəm" - ABŞ liderini qarşıda çətin mərhələ gözləyir
Bugün, 09:20 GÜNDƏM
-
Trampa Texas şoku: Demokratlar 38 il sonra qalib gəldi
Bugün, 09:12 GÜNDƏM
-
ABŞ-DA ARA SEÇKİLƏRİ: TRAMPIN PARTİYASI TARİXİ MƏĞLUBİYYƏTLƏ ÜZLƏŞDİ - "DEMOKRAT"LAR İQTİDARI CİLOVLAMAQ FÜRSƏTİ QAZANDI
Bugün, 09:10 GÜNDƏM
-
Azərbaycan nefti daha 3 dollar ucuzlaşdı
Bugün, 09:08 İQTİSADİYYAT
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
Bugün, 09:04 CƏMİYYƏT
-
Qrenlandiya parlamenti ABŞ-la "Strateji Təhlükəsizlik Sazişi"ni təsdiqlədi
Bugün, 00:28 DÜNYA
-
"Fənərbaxça" klubu fikrini dəyişdi - Baş məşqçi vəzifəsinə Əmrə Belözoğlu gətirildi
Bugün, 00:21 İDMAN
-
İran prezidenti: "Gərəkirsə, öz otağımdakı elektrik enerjisini də kəsərəm"
Bugün, 00:20 DÜNYA
-
Lukaku "partladı": "Burada rahat deyiləm"
Bugün, 00:11 İDMAN
-
İran: Hörmüz boğazı 4 ölkənin gəmiləri üçün açıqdır
Bugün, 00:03 İQTİSADİYYAT