AZAL-a niyə dotasiya ayrılır? - 7.1 milyon manat, güzəştlər və əcnəbi kadrlar...

AZAL-a niyə dotasiya ayrılır? - 7.1 milyon manat, güzəştlər və əcnəbi kadrlar...

İQTİSADİYYAT

Bugün, 10:49

​Gələn il Azərbaycanın dövlət büdcəsindən "Azərbaycan Hava Yolları" QSC-yə bu illə müqayisədə 19,5 % çox - 7,1 milyon manat subsidiya ayrılması nəzərdə tutulur.

Mia.az xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfində qeyd edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən müzakirələrdən aydın olub ki, dotasiya Naxçıvan Muxtar Respublikasına həyata keçirilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsinə ayrılır.

Mia.az onu da xatırladır ki, bir neçə ay əvvəl AZAL-ın Naxçıvan bölməsinə yoxlama olub və  “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Musa oğlu Rzayevə yaxın şəxslərdən bir neçəsinə cinayət işi açılıb, bəziləri vəzifələrindən uzaqlaşdırılıb.

Bundan əlavə son aylar AZAL-da böyük məbləğli maaşa əcnəbi kadr cəlbi də hədsİz çoxalıb.

Bununla bağlı Mia.az-n araşdırması davam edir.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR