Trampa Texas şoku: Demokratlar 38 il sonra qalib gəldi

Trampa Texas şoku: Demokratlar 38 il sonra qalib gəldi

GÜNDƏM

Bugün, 09:12

ABŞ-da ara seçkilərdə Trampın lideri olduğu Respublikaçılar Partiyası 38 il sonra tarixi məğlubiyyətlə üzləşib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Demokrat"ların namizədi Ceyms Talariko Texasda ABŞ Konqresinə keçirilən seçkilərdə Respublikaçı rəqibi Ken Pakstonu məğlub edib.

Bu nəticə ilə 37 yaşlı Talariko 38 ildən sonra Texasdan Konqresə seçilmiş ilk "Demokrat"çı ünvanına da sahiblənib.  . O, həmçinin 1994-cü ildən bəri ştat miqyasında seçkilərdə qalib gələn ilk "Demokrat" namizəd olub.

Keçmiş müəllim və ilahiyyat tələbəsi olan Talariko kampaniyası zamanı dini inanclarını qabardaraq həm müstəqil, həm də "Respublikaçı" seçicilərin qəlbinə də yol tapıb.

Talarikonun qələbəsi ABŞ prezidenti Donald Trampın 2024-cü il seçkilərində təxminən 14 xalla qalib gəldiyi bir ştatda 2026-cı il ara seçkilərinin ən böyük sürprizlərindən biri hesab sayılır.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR