Türk klubundan Messiyə inanılmaz təklif: ilə 50 milyon avro maaş... - ATASI ƏNGƏL OLUB!

Türk klubundan Messiyə inanılmaz təklif: ilə 50 milyon avro maaş... - ATASI ƏNGƏL OLUB!

İDMAN

Bugün, 00:25

Türkiyənin "Fənərbaxça" klubu dünyanı heyrətləndirən addım atıbmış.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub hazırda ABŞ-da aktiv futbol həyatı keçirən dünyaca məşhur argentinalı futbolçu Lionel Messiyə inanlmaz transfer təklifi göndərib.

Məlumata görə, İstanbul klubu ona illik 50 milyon avro maaş təklifi verib: "Transferə futbolçunun atası əngəl olub. Messi də cəlbedici fantastik təklifə atasının xəstəliyini əsas gətirib, "yox" deyib".

Xatırladaq ki, bu xəbəri türkiyli jurnalist Barış Yurduseven yayıb: "Bunu 100% dəqiq məlumat kimi bildirirəm. "Fənərbaxça" Messiyə ildə 50 milyon avro təklif etmişdi. Elə həmin vaxt Messinin atası xəstə idi deyə təklifə rədd cavabı verildi"

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR