MAAŞ HESABININ BAŞQA BANKA KÖÇÜRÜLMƏSİ, CƏRİMƏDƏN TUTULAN FAİZ... - Mərkəzi Bank sədri ilə ekspertlərin görüşündə daha nələr müzakirə olunub?

MAAŞ HESABININ BAŞQA BANKA KÖÇÜRÜLMƏSİ, CƏRİMƏDƏN TUTULAN FAİZ... - Mərkəzi Bank sədri ilə ekspertlərin görüşündə daha nələr müzakirə olunub?

İQTİSADİYYAT

Bugün, 20:13

Bu gün Azərbaycan Mərkəzi Bankının sədri hörmətli Taleh Kazımov Bankın yeni binasında bir qrup iqtisatçıları görüşə dəvət etmişdi, görüş bir az öncə bitdi.

Belə görüşlər artıq çox yaxşı ənənəyə çevrilib, dəvətə və açıq söhbətə görə Taleh müəllimə təşəkkür edirəm.

Əvvəl yaxşı xəbərlərdən başlayım:

1) Gələn ilin aprel ayının 1-dən etibarən istənilən şəxs öz maaş hesabını heç bir əlavə ödəniş etmədən istədiyi banka keçirə biləcək. Növbəti addımda təqaüdçülər də eyni qaydada istədikləri bankı seçə biləcəklər. Bu da banklar arasında yeni mü.təriləri cəlb etmək üçün rəqabət yarada, hesabını daşıyanlara yaxşı güzəştlər təklifi verməyə sövq edə bilər. Hə, onu da deyim ki, bu qayda bu il olmalı idi – gecikdilər, amma, olsun, təki yeni yanaşma apreldən tədbiq edilsin,

2) Təqribən, 14 dövlət-hökumət qurumuna cərimə, ödəniş edərkən vətəndaşdan bank xidməti haqqı tutulur. Yanvara qədər bu məsələnin həll olunması gözlənilir ki, daha vətəndaş əlavə xidmət haqqı ödəməsin.

Gələk təməl məsələlərə, Taleh müəllim həm də İqtisadi Şuranın üzvüdür, yəni, Mərkəzi Bankın mandatına iqtisadi aktivlik, ÜDM artımı kimi məsələlər daxil deyil, ona görə də, bu sahədə olan iradlarımı MB rəhbəri kimi ona demək yersizdir, çünki, Bank Dövlət qurumudur, hökumətin tərkibində deyil, amma, İqtisadi Şuranın qlobal mandatı olmasa da, təməl iqtisadi problemlərin müzakirə olunduğu formatdır.

Çıxışımda dedim ki, hökumətin hədəfləri yanlışdır, məqsəd büdcənin doldurulması, vergi-rüsum-cərimə-tənzimləmə vasitəsi ilə büdcəyə daha çox vəsaitin cəlb edilməsi ola bilməz-olmamalıdır. Hökumətin hədəfi, məqsədi iqtisadi artım, iqtisadi canlanma, kiçik-orta sahibkarların dirçəlməsi, bir sözlə, əhalinin daha çox qazanması, ÜDM-in daha çox artması olmalıdır. Bu zaman hədəf kimi deyil də, nəticə kimi büdcəyə daha çox vəsait daxil olacaq. Yəni, Taleh müəllimdən ricam oldu ki, növbəti Şura toplantısında bu məsələni ciddi müzakirə etsinlər. İqisadi daralma, aktivliyin azalması açıq-aşkar, hətta, MB-ın öz statistikasında aydın görünür. Bankların 6 mlrd. manat yaxın izafi likvidliyi var – kredit alan yoxdur, biznes kredit istəmir, çünki gələcəyə, iqtisadi aktivlin artmasına inanmır. Və ya, həm də fiziki şəxslər tərəfindən valyuta alışı kəskin azalıb, çöküb, bu isə iqtisadi aktivliyin dibə vurmasının işarəsidir.

Bir sözlə, hökumətin hədəfi dəyişməlidir ki, nəticə də dəyişsin...

Natiq Cəfərli,

İqtisadçı-ekspert

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR