“Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılacaq - Milli Xalça Muzeyində
MƏDƏNİYYƏT
26.10.2026, 13:41
Oktyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində Vətən müharibəsində qazanılmış Zəfərin altıncı ildönümünə həsr olunmuş “Çapanda ağ-boz atın büdrəməsin” adlı sərgi açılacaq.
Azərbaycan Milli Xalça MuzeyindənMia.az-a bildirilib ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə döyüş atı mövzusu tarixi, mədəni və fəlsəfi aspektlərdən təqdim olunacaq.
Qeyd edək ki, bu istiqamətdə ilk sərgi 2025-ci ildə döyüş silahları mövzusuna həsr olunub və uğurla keçirilib.
Ekspozisiyada yerli və türkiyəli müasir rəssam və heykəltəraşların 50-dən çox əsəri – rəngkarlıq, heykəltəraşlıq, qrafika və dekorativ-tətbiqi sənət nümunələri yer alacaq. Qobustan və Gəmiqaya qayaüstü təsvirlərindən, daş salnamələrimizdən, miniatür sənətindən və monumental rəngkarlıq ənənələrindən ilhamlanaraq yaradılan əsərlərdə Azərbaycan tarixinin şanlı səhifələri və görkəmli şəxsiyyətləri də əksini tapacaq.
Layihənin əsas məqsədi Azərbaycan xalqının tarixi yaddaşında və mədəni irsində xüsusi yer tutan döyüş atı obrazını yeni bədii interpretasiyalarda təqdim etməkdir. Sərgidə at yalnız döyüş vasitəsi deyil, həm də insanın sirdaşı, yol bələdçisi və xilaskarı, əcdad yaddaşının daşıyıcısı kimi təcəssüm olunacaq.
Sərgi çərçivəsində kolleksionerlər Yusif Bağırzadə və İlqar Həsənəlizadənin şəxsi kolleksiyalarından XVII–XXI əsrlərə aid tarixi silah nümunələri və onların replikaları təqdim ediləcək. Eksponatlar arasında şahzadə Abbas Mirzə Qacarın, II Şah Abbasın, Səfəvi dövlətinin vilayətlərindən birinin hakiminin və Şəki xanlarının istifadə etdikləri silahlar, eləcə də Sultan Uzun Həsən və Şah İsmayıl Xətaiyə aid silahların, həmçinin zülfüqar qılıncı və şaşkanın ənənəvi üsullarla hazırlanmış replikaları yer alacaq. Döyüş atı mövzusunda süjetlərlə bəzədilmiş ənənəvi formalı sandıq da sərginin diqqətçəkən eksponatlarından biri olacaq.
Sərginin nəfis tərtibatlı kataloqu Türkiyənin partnyor “Thereplika” nəşriyyatı tərəfindən hazırlanıb.
Sərgi noyabrın 15-dək davam edəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılacaq
Bugün, 16:56 MƏDƏNİYYƏT
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Bugün, 16:51 GÜNDƏM
-
NAZİR GENERALI NİYƏ YOLA SALDI?
Bugün, 16:39 CƏMİYYƏT
-
"Fənərbaxça"nın sabiq prezidentio məhkəmədə - Sadettin Saran və aparıcıya ağır ittiham irəli sürülüb
Bugün, 16:17 İDMAN
-
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTOLAR
Bugün, 16:09 CƏMİYYƏT
-
İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgində - FOTOLAR
Bugün, 15:55 GÜNDƏM
-
İcra başçısının keçmiş müavininin qızı məhkəməyə verilib
Bugün, 15:35 MƏDƏNİYYƏT
-
Telefondan istifadə və... - Sürücüləri yeni cəza gözləyir
Bugün, 15:35 CƏMİYYƏT
-
Bu qanunu pozanlar cərimə ediləcək - MƏBLƏĞLƏR
Bugün, 15:24 CƏMİYYƏT
-
Korrupsiya haqda məlumat verən şəxslərə təzyhiq edənləri cəza gözləyir - Yeni qanun
Bugün, 15:16 CƏMİYYƏT
-
"Hakimlərin Etik Davranış Kodeksi" Dövlət Reyestrinə daxil edilib
Bugün, 15:10 CƏMİYYƏT
-
Səbailin icra başçısı inzibati xəta törədib - Vüqar Zeynalovun işi məhkəməyə göndərildi
Bugün, 14:59 CƏMİYYƏT
-
Prezident Dialoq Forumunun açılış mərasimində yeni mesajlar verdi - ÇIXIŞIN TAM MƏTNİ + VİDEO, FOTOLAR
Bugün, 14:59 GÜNDƏM
-
Sabiq deputat Əsabil Qasımovun dərəbəyliyi "başına bəla açdı": 5 milyonluq qalmaqal - CİNAYƏT İŞİ
Bugün, 14:49 CƏMİYYƏT
-
Bu gün Ərdoğanla MHP lideri görüşəcək
Bugün, 14:19 SİYASƏT
-
Türkiyədə avtobus aşdı: ölən və yaralananlar var
Bugün, 14:13 KRİMİNAL
-
"Azərbaycanın Ermənistana konstitusiya tələbi ifrat deyil" - "Bakı və İrəvan arasında sülh sazişinin mətni artıq razılaşdırılıb, lakin..."
Bugün, 14:08 SİYASƏT
-
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 14:01 GÜNDƏM
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb, ölən var (YENİLƏNİB)
Bugün, 13:57 KRİMİNAL
-
Penitensiar xidmətin 49 yaşlı yeni rəisi kimdir? - Maraqlı məlumatlar
Bugün, 13:17 GÜNDƏM
-
Kiçik və orta fermerlərlə bağlı qanunlar dəyişdi - Nələr olacaq?
Bugün, 13:17 İQTİSADİYYAT
-
MƏŞHUR GENERAL VƏZİFƏDƏN AZAD EDİLDİ - Penitensiar xidmətin yeni rəisi kimdir?
Bugün, 13:00 GÜNDƏM
-
Özgür Özəlin ətrafı "budanır" - Qadın bələdiyə sədri və əri saxlanıldı
Bugün, 12:47 SİYASƏT
-
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
Bugün, 12:40 GÜNDƏM
-
BU ƏCNƏBİLƏRƏ AZƏRBAYCANDA UZUNMÜDDƏTLİ YAŞAMAQ İCAZƏSİ VERİLƏCƏK - Diplomatlara isə... (YENİLƏNİB)
Bugün, 12:38 CƏMİYYƏT
-
Siyəzəndə 43 yaşlı qadın boğularaq öldürülüb
Bugün, 12:35 KRİMİNAL
-
Bakı və ətraf ərazilərdə dövlət ehtiyacı üçün torpaqların alınması... - Yeni qanun qəbul edildi
Bugün, 12:30 CƏMİYYƏT
-
"Qalatasaray"ın baş məşqçisi "Amedspor"dan üzr İstədi
Bugün, 12:18 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:10 CƏMİYYƏT
-
Məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik olunub - DETALLAR
Bugün, 12:03 KRİMİNAL
-
Türkiyəli aktrisa evlənməyə vaxt tapa bilmir
Bugün, 11:30 ŞOU-BİZNES
-
Türkiyədə İŞİD-ə qarşı növbəti əməliyyat: pul toplayan 16 nəfər saxlanılıb
Bugün, 11:21 KRİMİNAL
-
Baş məşqçi: "Bu liqada derbi qazanmadan belə çempion ola bilərsiniz"
Bugün, 11:12 İDMAN