Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib - FOTOLAR (YENİLƏNİR)

 Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib - FOTOLAR (YENİLƏNİR)

GÜNDƏM

Bugün, 10:04

Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir.

***

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gəlib.

Mia.az xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi qarşılayıb.

Sonra tədbirdə iştirak edən dövlət başçıları birgə foto çəkdiriblər.

***

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gəlib.

Mia.az xəbər verir ki,  Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısını Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşıladılar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR