AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA GƏRGİNLİK VAR? - "Aramıza girmək istəyənlər var" - "Bu qruplarla əlaqəmiz yoxdur..."

AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA GƏRGİNLİK VAR? - \"Aramıza girmək istəyənlər var\" - \"Bu qruplarla əlaqəmiz yoxdur...\"

GÜNDƏM

Bugün, 20:38

"Türkiyə ilə Azərbaycan arasına girməyə çalışan bəzi ölkələr var. Lakin bu ölkələrə icazə verməyəcəyik".

Mia.az TRT Haber-ı istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğanın lideri olduğu AK Partiyanın sözçüsü Ömər Çelik brifinqdə deyib.

Onun sözlərinə görə,  Türkiyədəki bəzi qruplar və sosial media istifadəçiləri Azərbaycanı haqsız yerə "qaralayıb":

""Biz "iki dövlət, bir millət"ik. Və biz Azərbaycanla buna həqiqətən sadiqik. Amma nəticə etibarilə hər kəsin fərqli daxili siyasi gündəmləri ola bilər. Daxili və xarici siyasətlə bağlı yanaşları fərqli ola bilər. Bu məsələlərdə fikir ayrılıqları olduqda, iki qardaş ölkə kimi müzakirə edərək, bütün bunları açıq və dürüst şəkildə bölüşərək yolumuza davam edirik.

Prezidentimizlə Zati-aliləri Prezident İlham Əliyev arasında əsl qardaşlıq münasibəti var. Türkiyə ilə Azərbaycan arasında girməyə çalışan bəzi ölkələr var. Bu ölkələrə buna qətiyyən icazə verməyəcəyik, bu, birinci məqamdır.

İkincisisi, Türkiyə daxilində bəzi qruplar, bəzi sosial media strukturları, bəzi mərkəzlərin Azərbaycanı hədəf aldığını görürük. Onlar səhv edirlər. Ən əsası, bunun partiyamıza və ya hökumətimizə heç bir aidiyyəti ola bilməz. Onlar bunu öz təşəbbüsləri ilə edirlər. Bundan sonra Türkiyə ilə Azərbaycan arasında uçurum yaratmağa icazə verməyəcəyik. Biz heç bir şəkildə münaqişə atmosferinin yaradılmasına və ya qardaşlığımıza zərər verəcək heç nəyə icazə verməyəcəyik.

Bir daha deyirəm: biz iki dövlətik, bir millətik. Qardaşlığımız əbədi qardaşlıqdır. Buna görə də, eyni qardaşlıq və həmrəyliklə yolumuza davam edəcəyik".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR