İlham Əliyev: "Sülh və sabitlik Mərkəzi Asiya və Azərbaycanın inkişafının əsasını təşkil edir" - "Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollarla ölçülür"

İlham Əliyev: \"Sülh və sabitlik Mərkəzi Asiya və Azərbaycanın inkişafının əsasını təşkil edir\" - \"Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollarla ölçülür\"

GÜNDƏM

Bugün, 10:57

"Sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edir".

Mia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışında deyib.

O ılavə edib ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb: "Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı olan 400-dən çox şirkət fəal fəaliyyət göstərir. Son illərdə Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollarla ölçülür".

Azərbaycan Prezidenti ilk növbədə birgə layihələrin reallaşdırılması, yeni istehsal sahələrinin yaradılması və sənaye kooperasiyasının genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal istifadə edilməsinin zəruriliyini qeyd edib: "Təkcə qarşılıqlı ticarəti artırmaq deyil, birlikdə investisiya yatırmaq, istehsal etmək və xarici bazarlara çıxmaq da vacibdir".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR