Husilər Səudiyyə Ərəbistanına növbəti zərbə endirdi - 3 nəfər ölüb, 36 yaralı var

Husilər Səudiyyə Ərəbistanına növbəti zərbə endirdi - 3 nəfər ölüb, 36 yaralı var

DÜNYA

Bugün, 00:19

Səudiyyə Ərəbistanıdakı hava limanları növbəti dəfə Yəməndəki İran tərəfindən dəstəklənən Husi üsyançılarının raket və dron hücumlarına məruz qalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, husilər Əbha və Ər-Riyad hava limanlarından qalxan qırıcıların onların mövqelərini bombalamasını iddia edərək, qarşı tərəfə adekvat cavab verdiklərini açıqlayıb.

Səudiyyə Ərəbistanı  Baş Mülki Aviasiya İdarəsindən isə bildirilib  ki, Ər-Riyadda Abha Beynəlxalq Hava Limanına və Kral Xalid Beynəlxalq Hava Limanına olan hücumlarda üç nəfər həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar: "Yaralılar arasında  iki misirli və bir pakistanlı da var".

Tahir 

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR