ABŞ ORDUSU İRANLA MÜHARİBƏYƏ YENİDƏN HAZIRLAŞIR: "Tramp bütün kartları əlində saxlayır və..." - "Axios" qoşunlara "hazır olun" əmri verildiyini yazdı

ABŞ ORDUSU İRANLA MÜHARİBƏYƏ YENİDƏN HAZIRLAŞIR: \"Tramp bütün kartları əlində saxlayır və...\" - \"Axios\" qoşunlara \"hazır olun\" əmri verildiyini yazdı

GÜNDƏM

Bugün, 10:08

"ABŞ Prezidenti Donald Tramp İrana yeni hücum hazırlığına başlayıb. Bunun üün təqdim olunan vaxtlar dəyərləndirilir. Artıq orduya "hazır olun" əmri verilib".

Mia.az xəbər verir ki, bu sensasiyalı məlumatı məşhur "Axios" hıərbi mənbələrə istinadla yazıb.

Bildirilib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon)  Mərkəzi Komandanlığa (CENTCOM) İrana davamlı hücumlar üçün hazırlıqları tamamlamağı tapşırıb: "Təlimatda mümkün hücumlar üçün vaxt çərçivəsi göstərilməyib, lakin Trampın hələ də vaxtı müəyəynləşdirmədiyi deyilir".

Nəşr yazır ki, ABŞ və İsrail mənbələri hücumların 3 noyabrda keçiriləcək ABŞ ara seçkilərindən və 27 oktyabrda keçiriləcək İsrail seçkilərindən əvvəl başvermə ehtimalını qüvvətli sayırlar: "Bu dəfə İranın enerji infrastrukturları da hədəf olacaq".

Pentaqondan xəbər təkzib olunmayıb: "Bizim işimiz hərbi variantları hazırlamaq və onları Prezidentə təqdim etməkdir".

Ağ Ev rəsmisi Axios-a bildirib ki, ABŞ Hörmüz boğazına nəzarət məsələsində güclü mövqedədir və İran iqtisadiyyatı çökür: "İran böyük zərbə alıb və işlər ya asan, ya da çətin olacaq. Tramp bütün kartları əlində saxlayır və ABŞ üçün ən yaxşısını edəcək."

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR