Şimali Koreya lideri: "Putinin lideriyi ilə Rusiyaya qarşı sarsılmaz dəstəyimiz var"

Şimali Koreya lideri: \"Putinin lideriyi ilə Rusiyaya qarşı sarsılmaz dəstəyimiz var\"

DÜNYA

Bugün, 18:17

 "Rusiya xalqının ədalət uğrunda apardığı müqəddəs mübarizə mütləq qələbə ilə bitəcək. Mən buna inanıram".

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə ad günü münasibətilə təbrik mesajında bildirib.

O, Putinin rəhbərliyi altında Rusiyanın "güclü və çiçəklənən bir ölkə" olduğunu vurğulayaraq ölkəsinin Moskvaya sarsılmaz dəstəyini ifadə edib:  "Sizinlə yaxşı dostluq münasibətləri qurduğumdan və ölkələrimiz arasında münasibətlərin inkişafında yeni bir fəsil açdığımdan məmnunam. Şimali Koreyanın dəyişməz siyasəti Rusiya ilə strateji tərəfdaşlığı genişləndirməkdir. Bu kontekstdən Rusiya xalqının öz suverenliyi, təhlükəsizlik maraqları və ərazi bütövlüyünü müdafiə etmək üçün apardığı müqəddəs ədalət müharibəsinin qaçılmaz olaraq qələbə ilə bitəcəyinə qəti inamımla sizə və Rusiya Federasiyasına sarsılmaz dəstəyimi bir daha bildirirəm".

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR