Aktrisa prokurorluğa çağırıldı, evində axtarış başladı - Bu paylaşıma görə (Yenilənib)

Aktrisa prokurorluğa çağırıldı, evində axtarış başladı - Bu paylaşıma görə (Yenilənib)

SİYASƏT

07.10.2026, 18:57

Bir neçə ay əvvəl CHP-dən istefa verən, bu gün isə Ərdoğanın lideri olduğu AKP-yə üzv olan  İzmir şəhər bələdiyyə sədri Cəmil Tuqayın siyasi "sürüşkənliyi"nə etiraz edən aktrisa Berna Laçın prokurorluğa çağırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankara Baş Prokurorluğu aktrisa Berna Laçının sosial media hesabında "İzmir əvvəllər də işğal olundu, qorxma!" paylaşımı ilə bağlı araşdırmaya başlayıb.

Məlumaat görə, prokurorluq  aktrisanı "cəmiyyətdə nifrət yaratmaq və  düşmənçiliyi təhrik etmək"də ittiham edir.

Ankara Baş Prokurorluğundan bildirilib ki, aktrisanın ifadəsi alınacaq.

***

Aktrisanın prokurorluğa çağırılma xəbərindən az sonra evində axtarış başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.

Aktisa nə baş verdiyini anlaya bilmədiyini deyib: "Məni saxlamağa gəldilər və evimi axtarırlar. Nə baş verdiyini başa düşmürəm"

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR