BDU-da BÖYÜK İXTİSARA HAZIRLIQ BAŞLAYB: İşçilər attestasiyadan keçirilir - Xəbərə rəsmi reakisya

BDU-da BÖYÜK İXTİSARA HAZIRLIQ BAŞLAYB: İşçilər attestasiyadan keçirilir - Xəbərə rəsmi reakisya

GÜNDƏM

Bugün, 09:03

Bakı Dövlət Universitetində unikal attestasiya prosesinə start verilib.

BDU-dan Mia.az-a bildirilib ki, rektor Elçin Babayevin əmriylə bir neçə vəzifəli şəxsdən ibarət universitetdaxili komissiya yaradılıb: "Bu komissiya dekan müavinlərindən ta labarotoriya müdirlərinə qədər bəzi işçiləri attestasiyadan keçirir. Artıq bir çox işçilər 50 sualla imtahana çəkilib. Cavabları 1-2 ay içində elan olunacaq...".

Məlumatda deyilir ki, bununla da BDU-da yaxın iki aya qədər ixtisarlara start veriləcək: "Böyük ehtimalla ünuniversitetin qapısı uzun müddət açmayan "ölü canlar", o cümlədən universitetə gəlməkdə çətinlik çəkən, lakin böyük məbləğdə maaş və pensiya alan qocaman işçilərdən bəziləri yola salınacaq..." 

BDU-dan attestasiya ilıə bağlı Mia.az-a verilən məlumat təsdiqlənib.

Bildirilib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları" və Əmək Məcəlləsinin 65 və 66-cı maddələrinə müvafiq olaraq, Bakı Dövlət Universitetində inzibati vəzifələrdə çalışan işçilərin attestasiyası keçirilir: "Attestasiyanın məqsədi kadr potensialının qiymətləndirilməsi, işçilərin potensialından səmərəli istifadədir. İşçilərin peşəkarlığı yoxlanılır, onların peşəkar inkişaf ehtiyacları və son dövrlərdəki hazırlıq nəticələri qiymətləndirilir".

F.ƏHMƏD

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR