Özgür Özəl partiyasını satanlar haqqında elə şeylər dedi ki... "Xain oğlu xainlərdir"

Özgür Özəl partiyasını satanlar haqqında elə şeylər dedi ki...  \"Xain oğlu xainlərdir\"

GÜNDƏM

Bugün, 16:29

Yeni Partiyanın yeni lideri Özgür Özəl bir neçə ay əvvəl CHP-dən istefa verərək, müstəqil fəaliyyət göstərəcəyini, ancaq ötən həftə Ankaraya gedərək prezident Ərdoğanla qapalı görüş keçirən İzmir şəhər bələdiyyə sədri Cəmil Tuqayı təhqir edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Cəmil Tuqayın bu görüşdən sonra Ərdoğanın lideri olduğu AK Partiyasına qoşulacağı iddialarının artmasına isə onu vaxtilə çox aktiv şəkildə müdafiə edən, hətta "Tuqay haqqında hər şeyə zaminəm" deyən Özgür Özəl olduqca qəzəbləndirib.

Yeni Partiya sədri Özgür Özəl bildirib ki, İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cəmil Tuqayın AK Partiyaya keçəcəyi iddialarının arxasında o və digər bələdiyyə sədrlərinin həbslə hədələnmələri durur: "Təhdid, şantaj, təzyiq yolu ilə kimisə partiyanıza qəbul etməyə çalışmaq... "Bu təzyiqlərə boyun əyməyənlər, həbsxanada aslanlar kimi dayananlar və partiyalarına xəyanət etməyənlər ölənə qədər qardaşlarımızdır! Xəyanət edənlər isə xaindir, xain oğlu xainlərdir! Onları satın alanlar isə milli iradənin oğrularıdır!"

F.SƏFƏRLİ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR