Ankaradan qalxan sərnişin təyyarəsində bomba həyəcanı qorxu yaratdı

Ankaradan qalxan sərnişin təyyarəsində bomba həyəcanı qorxu yaratdı

GÜNDƏM

05.10.2026, 23:55

Türkiyənin paytaxtı Ankaradan Şanlıurfaya uçan AJet sərnişin təyyarəsinin tualetində partlayıcı maddə həyəcanı yaşanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təyyarə Şanlıurfaya təcili eniş edərkən təhlükəsizlik qüvvələri hazır vəziyyətdə olub.

Məlumata görə, 136 sərnişin və 7 heyət üzvü sürətlə təxliyə olunmaqla yanaşı, Hava limanındakı uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Məlumata görə, "təyyarədə partlayıcı maddələr var" gizli xəbərdarlığından sonra təyyarədə geniş axtarış başlayıb. Lakin heç nə tapılmayıb.

F.SFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR