"Trabzonspor"dan "Mançester Yunayted"ə çağırış: "Qiyməti aşağı salın, biz alaq"

\"Trabzonspor\"dan \"Mançester Yunayted\"ə çağırış: \"Qiyməti aşağı salın, biz alaq\"

İDMAN

Bugün, 00:31

"Trabzonspor"un prezidenti Ərtuğrul Doğan "Mançester Yunayted"də rəsmi müraciət edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, hazırda komandada icarə əsasları ilə oynayan qolkiper Andre Onananın transferinə "yaşıl işıq" yandırılmasını xahiş edib.

Məlumata əsasən, klub prezidenti 30 yaşlı kamerunlu qapıçı üçün ingilis klubuna belə çağırış edib: "Transfer haqqını aşağı salın, biz alaq".

Xatırladaq ki, "Mançester Yunayted" Onana üçün 10 milyon avro transfer haqqı qoyub.

İddiaya görə, "Trabzonspor" Onana ilə 5 illik müqavilə imzalamağı planlaşdırır.

FƏRİD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR