Salahın xanımı və 3 övladı Türkiyəyə köçür

Salahın xanımı və 3 övladı Türkiyəyə köçür

İDMAN

Bugün, 12:00

“Trabzonspor”un misirli ulduzu Məhəmməd Salahın ailəsinin də Türkiyəyə köçəcəyi barədə məlumat yayılıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Salahın həyat yoldaşı Maqi Sadiq və üç övladının Trabzonda yaşaması üçün hazırlıqlar başa çatıb. Türkiyə mətbuatında yayılan məlumatlara görə, futbolçunun ailəsinin yaxın zamanda Trabzona gələcəyi gözlənilir.

Salah avqust ayında “Trabzonspor”a transfer olduqdan sonra ilk həftələrini oteldə keçirib. Bu müddətdə ailəsi İngiltərədə qalıb. Futbolçunun ailəsi ilə birlikdə yaşaması üçün Trabzonda uyğun ev hazırlanıb. Türkiyə mediasının məlumatına görə, ailənin yeni mənzilə yerləşməsi üçün görülən işlər artıq yekunlaşıb.

Salahın Maqi Sadiq ilə 2013-cü ildə ailə qurduğu bildirilir. Cütlüyün 2014-cü ildə Məkkə, 2020-ci ildə isə Kayan adlı qızları dünyaya gəlib. Sentyabrın əvvəlində onların üçüncü övladı – Leyl adlı oğlan uşağı doğulub. Körpənin İngiltərədə dünyaya gəldiyi və Salahın doğuş zamanı ailəsinin yanında olmaq üçün Türkiyədən İngiltərəyə getdiyi bildirilib.

Məlumata görə, Salah üçün hazırlanan ev Trabzonun Yalıncak ərazisində yerləşir. Evdə futbolçunun həyat yoldaşı və övladlarının rahatlığı üçün bütün zəruri şəraitin yaradıldığı qeyd olunur.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR