İki ölkə arasında 74 günlük müharibə təkrarlanacaq? - Britaniya yenə hədələndi, ölkəyə vaxt verildi

İki ölkə arasında 74 günlük müharibə təkrarlanacaq? - Britaniya yenə hədələndi, ölkəyə vaxt verildi

DÜNYA

Bugün, 12:56

Argentina Böyük Britaniyaya Folklend adalarındakı neft layihəsini dayandırmağı tələb edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Argentina prezidenti Xavyer Miley təhdid xarakterli açıqlamalar verib.

O, Britaniya hökumətinin Folklend adalarında neft kəşfiyyatı fəaliyyətlərini dayandırmayacağı təqdirdə. sərt addımlar atacaqlarını iddia edib: "Britaniya və İsrail şirkətləri tərəfindən birgə həyata keçirilən "Dəniz Aslanı" neft yatağı layihəsi dayanmalıdır. Onlara iki həftə vaxt veririk. Əks halda Britaniyaya qarşı beynəlxalq arbitraj prosedurları başladılacaq. Britaniya Argentinaya məxsus adada sərvətləri qanunsuz olaraq talan edə bilməz".

Məlumatda deyilir ki. adada tək bir yataqda 1,7 milyard barel neft ehtiyatı var.

Britaniya Müdafiə nazirlyindən bildirilib ki, adaya hər hansı hücumsərt qarşılanacaq: "Argentinanın Folklend adalarını zorla ələ keçirmək gücü yoxdur. Buna cəhd olarsa, qarşısıalınmaz cavab olacaq".

Xatırladaq ki, bu ada uğrunda 1982-ci ildə 74 günlük müharibə olub. O vaxt Argentina qüvvələri Folklend adalarına girərək bölgə üzərində suverenlik elan edib. Həmin müharibədə 255 Britaniya əsgəri, 649 Argentina əsgəri və 3 ada sakini həyatını itirib. Ada yenidən Britaniyanın sərəncamına qaytarılıb.

2013-cü ildə adalarda keçirilən referendumda əhalinin 99,8%-i Britaniyanın xarici ərazisi olaraq qalmasına səs verib.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR