Husi üsyançıları irəliləyir, Yəmən hökuməti "panik atak"da: səfərbərlik elan edildi - Dünyanın hakim kəsildiyi daha bir strateji boğaz ətrafında döyüşlər şiddətlənib

Husi üsyançıları irəliləyir, Yəmən hökuməti \"panik atak\"da: səfərbərlik elan edildi - Dünyanın hakim kəsildiyi daha bir strateji boğaz ətrafında döyüşlər şiddətlənib

GÜNDƏM

Bugün, 09:18

İranın dəstəklədiyi Husi üsyançıları ilə beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətinə sadiq qüvvələr arasında toqquşmalar yenidən şiddətlənib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünyanın diqqətinin hakim kəsildiyi strateji Bab əl-Məndəb boğazı ətrafındakı şəhərləri bir-bir və sürətlə ələ keçirən üsyançılar artıq ölkədəki rəsmi hakimiyyəti "panik atak"a salıb.

Məlumata əsasən, Yəmən Parlamenti husilərin sistemli hücumla ölkənin qalan hissəsini də ələ keçirmə ehtimalına qarşı Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Əliminin tələbi ilə ümumxalq səfərbərlik elan edib.

Yəmən ordusundan bildirilib ki, son üç gündə husulərə qarşı 756 hücum əməliyyatı keçirilib və təxminən 2316 husi döyüşçüsü öldürülüb: "Ölənlər arasında dörd iranlı hərbi mütəxəssis də var".

Lakin Yaxın Şərqin nüfuzlu media orqanları bu hücumları Səudiyyə Ərəbistan və BƏƏ ordusuna bağlı təyyarələrin etdiyinui yazıb. İddia olunur ki, bu ölkələrin hava hücumu olmasa, "ayaqyalın hüsilər" qısa zamanda ölkəni tamamilə ələ keçirər.

Xatırladaq ki, husilər son 1 ayda strateji əhəmiyyətə malik Əl-Muha şəhərini, Bab əl-Məndəb boğazındakı Mayyun adasını, Hodeydə və Taizdəki bir neçə kritik mövqeləri hökumət qüvvələri ilə döyüşdə alıb.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR