"Azəriqaz"ın gizlinləri: əhalinin adına yazılan borclar, kadr, sayğac və "Təmizqaz" siyasəti... - "Əvvəlki rəhbərliyin dövrlərində cüzi itkiyə görə..." (MÜSAHİBƏ)
İQTİSADİYYAT
Bugün, 14:03
SOCAR-ın Vitse-prezidenti Elşad Nəsirovun "Azəriqaz"ın baş direktoru Azər Məmmədova ölkədəki qaz itkisi barədə sensasion xəbərdarlıq məktubu barədə xəbərdarlığı ölkədə böyük rezonans doğurub.
Mia.az xatırladır ki, hıəmin xəbərdarlıqda bu ilin ilk 5 ayı ərzində uçota alınmayan qazın həcmi, yəni, faktiki qaz itkisinin 454.1 milyon kub.metrdən 500,9 milyon kub.metrə yüksəlməsindən narahatlıq ifadə olunub.
Bəs, bu qaz itkisi necə yaranıb və ya buradakı məsuliyyəti kimlər daşıyır?
Bu və ya digər məqamlarla bağlı Mia.az-ın əməkdaşı "Azəriqaz"ın adının çəkilməsini istəməyən əməkdaşlarından biri ilə maraqlı müsahibə aparıb.
Həmin müsahibəni təqdim edirik:
- SOCAR-ın Vitse-prezidenti Elşad Nəsirovun "Azəriqaz"ın baş direktoru Azər Məmmədova ölkədəki qaz itkisi ilə bağlı məktubundan xəbərdarsınız. Əvvəla ondan başlayaq ki, üst qurumun rəsmisinin tabeli qurumun baş direktoru Azər Məmmədova belə bir rəsmi məktub yazması nə dərəcə doğrudur?
ELŞAD NƏSİROV
- Elşad Nəsirov “Azəriqaz”ın fəaliyyətini kurasiya edən SOCAR rəhbəridir. “Azəriqaz”ın cari fəaliyyəti, həmçinin strateji hədəflərinin icrasına nəzarət edir. Təbii ki, qaz itkilərinin bugünkü kritik səviyyəsi onu da narahat etməlidir və edir. Belə bir məktubun mövcudluğu tamamilə normaldır. Məktubda qaz itkiləri ilə bağlı cari ilin yanvar-may ayları üçün hesabat tam təfsilatlı olmasa da təhlil edilib.
Əks-arqument üçün "Azəriqaz" rəhbərinin, necə deyərlər, "əl yeri" yoxdur. Tam əksinə olaraq, çox ciddi narahatlığa əsas var. “Azəriqaz”ın qəbul etdiyi qaz həcmlərinin əhəmiyyətli hissəsi “itirilib” və bu rəqəm keçən ilin müvafiq dövrünə nisbətdə artıb. Məktubda qaz itkilərinin obyektiv səbəbləri (əslində, bu səbəblərə də obyektiv demək, fikrimcə, doğru deyil. Çünki bu səbəblər də vaxtında tədbirlərin görülməməsi nəticəsində yaranmışdır) ilə yanaşı, aydın olmayan səbəblər də göstərilib. Hesab edirəm ki, suallar yerindədir, aydındır, ancaq tam deyil.
Bununla yanaşı qeyd edilməlidir ki, Azər Məmmədov artıq iki il yarımdan artıq “Azəriqaz”a rəhbərlik etməyinə baxmayaraq irəliyə doğru ciddi bir nəticə yoxdur. Əksinə bəzi parametrlər üzrə mən deyərdim ki, geriləmə yaranıb.
- Vitse-prezidentin məktubu ilə yanaşı, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da tez-tez qaz itkisi barədə rəqəmlər bölüşür. Bu qaz itkisi nədir? Necə yaranır?
- Bəli, məsələ dövlət şirkətinin maliyyə itkiləri ilə bağlı olduğundan ictimai əhəmiyyəti var. Mirvari xanım da hüquq müdafiəçisi və bir ictimai fəal kimi bu və ya digər problemlərlə bağlı sosial şəbəkədə, həmçinin elektron kütləvi informasiya vasitələrində vaxtaşırı çıxış edir.
Əvvəlcə onu bildirim ki, "Azəriqaz" öz hesabatlarını ictimaiyyətə açıqlamır. Hesabatlar yalnız daxili xidməti istifadə üçün bölüşülür. Əgər SOCAR vitse-prezidentinin məktubu , eləcə də qazın qəbulu və satışına dair konfidensial hesab edilən sənədlər mediaya sızırsa, bu artıq şirkətin idarə edilməsində tamamilə başqa bir problemdir.
Ancaq əsas məsələ odur ki, bu sənədlərdə göstərilən rəqəmlər doğrudur. Sualınızın 2-ci hissəsi ilə bağlı məlumat üçün bildirim ki, qaz itkisi qazın ölçü qovşaqlarından qəbulu və satışı arasındakı daxili tələbata və texnoloji ehtiyaclara sərf edilmiş qaz həcmi çıxıldıqdan sonrakı fərqdir.
Yəni “Azəriqaz” İstehsalat Birliyi SOCAR “Qaz-İxrac” İdarəsinə məxsus yüksək təzyiqli qaz kəmərlərindən öz istehlakçılarına ötürmək üçün hər il bəlli miqdarda (bu təxminən ildə 8 – 8,5 milyard kubmetrə bərabər olur) qazı qəbul edir və paylayır. Bütün kateqoriyalardan olan istehlakçılara satılan qaz, üstəgəl paylayıcı şəbəkənin texnoloji ehtiyaclarına və “Azəriqaz”ın daxili tələbatına sərf edilən qazın ümumi yekunu mənbələrdən qəbul edilən qaz həcmindən çıxılmaqla paylayıcı şəbəkənin itkiləri müəyyən edilir.
Məlumat üçün deyim ki, paylayıcı şəbəkənin qaz itkiləri yeni termin deyil və bu, təkcə Azərbaycanda baş vermir. Təbii qaz şəbəkəsi olan bütün ölkələrdə bu itkilər var, ancaq əsasən ya norma daxilində olur, ya da norma daxilində qalması üçün əlavə instusional və texniki tədbirlər mütləq görülür.
“Azəriqaz”ın itkilərinin bir deyil, bir neçə səbəbi var. Əvvəlcə onu deyim ki, təbii qaz elə bir yanacaq növüdür ki, onun dəqiq həcmini mükəmməl ölçmək praktiki demək olar ki, mümkün deyil. Bu qazın fiziki-kimyəvi xüsusiyyətləri, meteroloji təsirlər, qazın tərkibinin standartlara uyğunluğu və başqa bir neçə təsirdən qaynaqlanır.
Problem ondadır ki, idarəetmədə olan boşluqlar vəziyyəti o yerə çatdırıb ki, artıq alınan illik qaz həcminin 11-12 faizi itir. Ən pisi də odur ki, 2024-cü ilin mart ayından vitse-prezidentin bu ilin iyul ayında göndərdiyi məktuba qədər keçən təxminən 2,5 il müddətində “Azəriqaz” rəhbərliyindən heç kim struktur bölmə rəhbərlərindən, konkret olaraq Regional İdarə rəislərindən bu barədə ümumiyyətlə, soruşmayıb. Əgər keçmiş rəhbərlərin - Əkbər Hacıyev və Ruslan Əliyevin zamanında ən cüzi səviyyədə itki artımına görə kimliyindən asılı olmayaraq hər bir cavabdeh vəzifəli dərhal cəzalanırdısa, Azər Məmmədovun zamanında işin bu tərəfi heç kimi maraqlandırmayıb. Təbii ki, belə idarəetmənin nəticəsi də indiki rəqəmlər olmalı idi.

AZƏR MƏMMƏDOV
Qaz itkilərinin yaranmasına əsas səbəblərdən biri ötürülən qazın keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğunluğu məsələsidir. Paylanılması üçün qəbul edilən və istehlaka yönəldilən təbii qazın keyfiyyət göstəriciləri barədə standartlar müəyyən edilib. 1 kubmetrin yaratdığı istiliktörətmə qabiliyyəti, həmçinin sayğacların dəqiq ölçməsi və istehlakçının təhlükəsizliyi üçün standartların tələblərinə uyğunluq vacib şərtdir. Bu gün bu barədə dəqiq məlumat yoxdur. “Azəriqaz”ın şəbəkəsinə qəbul edilən qaz həcmlərinin standartlara uyğunluğu barədə müsbət fikir demək mümkün deyil, ən azından sizin yaydığınız videolar müəyyən təsəvvürlər yaradır.
Üstəlik 2022-ci ildə kütləvi quraşdırılmış Çində istehsal edilmiş Zenner G-4 tipli sayğaclar sırf qazın keyfiyyət göstəricilərinin standartlara uyğun olmaması səbəbindən “Azəriqaz”ın necə deyərlər “belini qırdı”.
Əgər yanılmıramsa həmin il 300,0 mindən artıq belə sayğac quraşdırılmışdır ki, bu sayğacların böyük bir hissəsi 1-2 il müddətində tamamilə sıradan çıxdı. Niyə standartlara uyğunsuzluq barədə fikir deyə bilirəm, çünki istehsalçı zavodun nümayəndələri məsələnin araşdırılması üçün ölkəmizə gəliblər və məsələni araşdıraraq bu qənaətə gəlinib.
2-ci əsas səbəb paylayıcı şəbəkənin texniki vəziyyətidir. Ölkədə istismarda olan paylayıcı qaz şəbəkəsinin ümumi miqdarının 60 %-dən çox hələ sovetlər birliyi dönəmində istismara verilib. Bu xəttlərin istismar müddəti çoxdan bitib. Son bir neçə ildə şəbəkənin təmirinə demək olar ki, 1 manat da olsun vəsait ayrılmır.
Burada bir haşiyə çıxmaq zəruridir. Çox maraqlıdır ki, yaxın keçmişdə bütün texniki-istismar planlarına ciddi həcmdə vəsait ayrılmasına baxmayaraq işçilərin əmək haqqı, ezamiyyə və digər xərclər vaxtında icra edilirdi və "Azəriqaz"ın bu gün olduğu qədər milyonlarla manat borcu yox idi. Maraqlıdır, təkcə SOCAR-ın Nəqliyyat və Xüsusi Texnika İdarəsinə 100,0 milyonun üzərində borc yaranıb. Bu səbəbdən işçilərə ayrılmış avtobuslar, regional İdarələrin xidməti maşınları geri alınıb, İdarəetmə aparatının işçiləri ezamiyyətlərə öz vəsaitləri hesabına ictimai nəqliyyatla gedir. Dövlət büdcəsi qarşısında ödənilməyən öhdəliklər 11,0 milyon manatdan artıqdır. Sual yaranır, bəs pullar hara gedib? Hanı ayaqüstə alqışlanan 40-a yaxın təşəbbüsün nəticəsi?
İtkilərin yuxarıda sadalanan səbəblərindən başqa qalan səbəblərinin kökündə qeyri-peşəkar aparılmış “optimallaşdırma” dayanır. Kritik vəzifələr qaz təsərrüfatından xəbəri olmayan, kimlərəsə yaxınlığı olan qeyri-peşəkarlara verilir. İşçinin azaldılması strategiyası işi mühəndislərdən çox bilən peşəkar istismar çilingərlərini vurdu. Onlarla mütəxəssis kənarda qaldı. Qaz təsərrüfatının istismarı üçün zəruri olan peşələr ya ləğv edildi, ya da elələri təyin edildi ki, sahə ilə əlaqəsi yoxdur.
Təsəvvür edin ki, hər Regional İdarənin istismarında 2000-3000 kilometr orta təzyiqli yeraltı polietilen qaz kəməri olduğu halda ştatda polietilen qaynaqçısı yoxdur.
Problemin kökündə o dayanır ki, optimallaşdırmanı proses olaraq HR-lar apardı. Birliyin texniki istismar sahəsinə cavabdeh seqmentinin rəhbərlərinin rəyləri keçərli olmayıb. Bütün əməkdaşlar Birliyin İnsan Resursları Departamentinin göndərdiyi hazır siyahılar əsasında təyin edilib. Kiminsə bunun əksinə arqumenti olmasın deyə mən bu siyahılardan bir neçəsini nümunə üçün sizə təqdim etməyə hazıram...
2016-cı ildən yeraltı və yerüstü qaz kəmərlərinə texniki baxış, sızmaların aşkarlanması işləri “Təmizqaz” QSC-yə verilmişdi və onlar bu işləri peşəkar səviyyədə yerinə yetirirdilər. 2025-ci ildə yeraltı, 2026-cı ildə yerüstü kəmərlərin baxışı heç bir mütəxəssis hazırlanmadığı, heç bir xüsusi texniki vasitə alınmadan geri alındı və bu işlər formal olaraq 4-cü dərəcəli digər işlərdə çalışan çilingərlərə həvalə edildi. Bunun da acı nəticələrini çox təəssüf ki, qarşıdakı payız-qış mövsümündən etibarən görəcəyik.
- Doğrudan uçota alınmayan qazın həcmi, yəni, faktiki qaz itkisinin həcminin yarımmilyardı aşmasında "Azərqaz"ın rəhbərliyinin səhlənkarlığı və ya işbilməzliyinin təsiri yoxdur?
- Təbii ki, var və mən yuxarıda bu barədə müəyyən qədər açıqlama verdim. Qaz təsərrüfatının idarə edilməsi ofislərdə və müxtəlif beş ulduzlu otellərdə rəngli təqdimatlar edilməsi demək deyil. Monitorlarda hər şey gözəl görünə bilər. Bu, əslində kommunal xidmətlərin sırasında bəlkə də ən ağır sahədir. Hər bir tərəfində peşəkar sahə mütəxəssislərinin nəzarəti olmalıdır. Amma bu gün “optimallaşdırmadan” sonra kadr bazasında yaranmış vəziyyət nəinki cari vəziyyətin idarə edilməsində, hətta gələcək üçün də ümidverici heç nə demir. İşçi personal narazı, istehlakçı vətəndaş narazı, şirkətin maliyyə durumu bərbad, borclar boyu aşıb. Bütün bu fiaskoya cavabdeh Azər Məmmədov və komandasıdır.
- Maraqlı məqamlardan biri də budur ki, Azər Məmmədova qədər qaz itkisi belə sürətli "yüksəliş"də olmayıb. İndi nə baş verir? İddialar var ki, qaz təmizlənmədən istehlaka yönəldiyi üçün ən azı 20-25 faizlik itki buradan qaynaqlanır, bəs qalanını necə izah edə bilərsiniz?...
- Obyektivlik naminə qeyd etmək lazımdır ki, Azər Məmmədovun təyinatına qədər də qaz itkiləri təxminən elə indiki həcmdə olub. Ancaq real itkilər hesabatlarda necə deyərlər malalanmış vəziyyətdə görünüb. Azər Məmmədovun fəaliyyəti (buna fəaliyyətsizlik də demək olar) yalnız real vəziyyəti ortaya çıxarıb. Qaz təchizatı sahəsində qanunvericiliyin tələbləri pozulmaqla birtərəfəli qaydada dəymiş ziyan aktları yazılmaqla itkilərin müəyyən hissəsi vətəndaşların və sahibkarların hesabına bağlanılıb.
Məlumat üçün bildirim ki, təkcə 2022-ci ilin May ayında 5,7 milyon manat dəyərində 57,0 milyon kubmetr qaz həcmi uçotun “pozulması nəticəsində hesabatlarda nəzərə alınmayan qaz həcmlərinin bərpası” adı altında vətəndaşların hesabına borc kimi yazılmışdır. Halbuki nə "Qaz təchizatı haqqında” Qanunda, nə də o vaxt qüvvədə olan Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nda belə müddəa yox idi və bu tamamilə qanunsuz idi. İndiyə qədər də həmin borclar vətəndaşların hesablarındadır, ancaq kütləvi narazılıq nəzərə alınaraq həmin borc məbləğləri istehlakçılara təqdim edilən bildirişlərdə yazılmır. Sonrakı tarixlərdə də belə qanunsuzluqlar davam etmişdir.
Başqa bir məsələ sayğacların dövlət yoxlamasından keçirilməsi zamanı müəyyən edilmiş kənar müdaxilə hallarına görə itirilmiş qazın hesablanması metodologiyasına əməl edilməməsi idi. Təsəvvür edin ki, hər bir belə hala görə abonentə əvvəlcə 4320 kubmetr (bu təxminən 1 mənzilin 1.5 il ərzində istifadə etdiyi qaz həcminə bərabərdir), daha sonra 8640, sonda isə 12960 kubmetr qaz hesablanırdı ki, bu həcmin də dəyəri 1500,00 manatdan artıq idi.
2024-cü ilin təxminən iyun ayına qədər sayğacların oxunması növbəti ayın 10-na, hətta bəzi hallarda 12-13-nə qədər uzanırdı. Azər Məmmədov baş direktor təyin edildikdən sonra bu tarix ayın 1-2-nə qədər geri çəkildi.
Qeyd edilən bu səbəblərdən dediyim kimi real itkilərin həcmi görünməyə başladı ki, hansı ki, bunlar A.Məmmədova qədər də var idi. Ancaq vəziyyətin düzəldilməsi üçün zəruri tədbirlər görmək əvəzinə bu məsələni tamamilə yaddan çıxartdı. Peşəkar mütəxəssislərin uzaqlaşdırılması, struktura daxil olan Regional İdarələrin rəhbər heyətində yaranmış arxayınçılıq nəticədə məsuliyyəti də azaltdı. Bu gün Qazpaylayıcı stansiyalardan başlamış istehlakçının qaz sayğacına qədər olan paylayıcı şəbəkə demək olar ki, sahibsizdir. Nəzarətin yoxluğu, istismarçı mütəxəssislərin kütləvi uzaqlaşdırılması vəziyyəti bu yerə gətirmişdir.
Vitse-prezidentin məktubunda göstərilən itki həcmləri, faizlər əslində reallığı tam əks etdirmir. Belə ki, respublikada qazı mənbədən öz balansında olan qaz kəməri ilə alan və sayğacı mənbədə quraşdırılmış kifayət qədər iri istehlakçılar var ki, itki rəqəmləri hesablanarkən bu istehlakçıların qəbul etdiyi qaz həcmləri hesabatlarda nəzərə alınmamalıdır.
Yəni, bu istehlakçılara ötürülən qazın "Azəriqaz" üçün itkisi yoxdur. Ümumi itirilmiş qaz həcminin qəbul edilən qaz həcminə nisbətini faizlə ifadə edərkən iri sənaye tələbatçılarının aldığı həcmlər qəbuldan çıxılmalıdır və yalnız bundan sonra itki faizi müəyyən edilməlidir.
Əgər hesabat bu qaydada tərtib edilərsə, illik həcmdə ən azı 2,5-3 % itki artımı da olacaqdır. Yəni yanvar-may aylarında vitse prezidentin məktubunda itki 10,35 faiz göstərilir, reallıqda isə bu rəqəm 13,0 % ətrafındadır.
(Ardı sabah saytda olacaq)
F.ƏHMƏD
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
NATO-dan bəyanat: "Rusiyaya qarşı gücümüz var"
Bugün, 15:08 GÜNDƏM
-
90-ların müğənnisi illərə meydan oxuyur - FOTOLAR
Bugün, 14:57 ŞOU-BİZNES
-
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
Bugün, 14:39 CƏMİYYƏT
-
Daha bir rayonun statistika idarəsinin rəisi işdən çıxarılıb
Bugün, 14:29 CƏMİYYƏT
-
Qubad İbadoğlu Azərbaycandan getdi
Bugün, 14:28 SİYASƏT
-
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bugün, 14:21 GÜNDƏM
-
Misli Premyer Liqası: VIII turun oyun cədvəli açıqlandı
Bugün, 14:09 İDMAN
-
"Azəriqaz"ın gizlinləri: əhalinin adına yazılan borclar, kadr, sayğac və "Təmizqaz" siyasəti... - "Əvvəlki rəhbərliyin dövrlərində cüzi itkiyə görə..." (MÜSAHİBƏ)
Bugün, 14:03 İQTİSADİYYAT
-
Jurnalist Əvəz Zeynallı dəfn olundu (Yenilənib)
Bugün, 13:55 PRESS
-
"Roşka” ləqəbli tiktokerə 5 il cəza istənilib
Bugün, 13:24 PRESS
-
Aİ Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək
Bugün, 13:20 SİYASƏT
-
İki ölkə arasında 74 günlük müharibə təkrarlanacaq? - Britaniya yenə hədələndi, ölkəyə vaxt verildi
Bugün, 12:56 DÜNYA
-
Sabah rayonlara yağış yağacaq
Bugün, 12:39 CƏMİYYƏT
-
Nurgül Yeşilçay serial üçün nələ etməyib? - FOTOLAR
Bugün, 12:37 MƏDƏNİYYƏT
-
Tələbələri şantaj edən Qarabağ Universitetinin müəllimidir? - Açıqlama (YENİLƏNİB)
Bugün, 12:24 CƏMİYYƏT
-
İqtisadçı-ekspert Pərviz Heydərov vəfat edib
Bugün, 12:22 CƏMİYYƏT
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib - FOTOLAR
Bugün, 12:13 GÜNDƏM
-
Hava limanında sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkarlanıb
Bugün, 12:00 KRİMİNAL
-
Salahın xanımı və 3 övladı Türkiyəyə köçür
Bugün, 12:00 İDMAN
-
FIFA prezidenti Azərbaycana gəlib
Bugün, 11:44 İDMAN
-
Səlim Müslümov bu Akademiyada müəllimliyə başladı
Bugün, 11:35 GÜNDƏM
-
Azərbaycanda dizel bahalaşacaq? - Açıqlama
Bugün, 11:29 İQTİSADİYYAT
-
“Xankəndi” futbol klubunun yeni baş məşqçisi bəlli olub
Bugün, 11:06 İDMAN
-
Vətəndaşların 150 min manatdan çox vəsaitini ələ keçirən şəxs saxlanılıb
Bugün, 10:54 KRİMİNAL
-
Türkiyə yığmasının futbolçusu üzr istədi: "Utanırıq"
Bugün, 10:49 İDMAN
-
Milli Depozit Mərkəzində yeni təyinatlar olub
Bugün, 10:40 CƏMİYYƏT
-
Azərbaycan nefti ucuzlaşdı
Bugün, 10:33 İQTİSADİYYAT
-
Alina Bozun yeni görüntüsü gündəm oldu - FOTOLAR
Bugün, 10:19 ŞOU-BİZNES
-
Montella: "Barış Alper və Kerem Aktürkoğlunun heykəllərini ucaldaram"
Bugün, 10:12 İDMAN
-
"Manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq" - İqtisadçı deputatdan şərh
Bugün, 10:00 İQTİSADİYYAT
-
"Artıq çoxfunksiyalı kadrlara qarın doyub" - Keçmiş Departament müdirindən icra başçısı təyinatına gözlənilməz reakisya
Bugün, 09:52 SİYASƏT
-
TÜRKİYƏ FUTBOLUNDA ŞOK HƏBSLƏR - Hakimlər Komitəsinin sədri də qandallandı
Bugün, 09:41 İDMAN
-
“AzerGold” QSC-də qaçılmaz dəyişiklərə start verilib - Yeni təyinatlar
Bugün, 09:33 İQTİSADİYYAT
-
Husi üsyançıları irəliləyir, Yəmən hökuməti "panik atak"da: səfərbərlik elan edildi - Dünyanın hakim kəsildiyi daha bir strateji boğaz ətrafında döyüşlər şiddətlənib
Bugün, 09:18 GÜNDƏM