"Axı, niyə zülm verirsiniz sadə, zəhmətkeş insanlara?!" - Tanınmış jurnalist AYNA-nın tixac yaratmaq "planı"nı "topa tutdu"

\"Axı, niyə zülm verirsiniz sadə, zəhmətkeş insanlara?!\" - Tanınmış jurnalist AYNA-nın tixac yaratmaq \"planı\"nı \"topa tutdu\" 

CƏMİYYƏT

Bugün, 09:13

Həmişəki kimi bu gün də Sumqayıt-Bakı yolunda 100 minlərlə adam sübh tezdən aşırı qəzəb içərisində paytaxta doğru iməkləyirdi.

Ceyranbatanda 06:49-da (15 dəqiqə dayanacaqda gözləyəndən sonra) 500 saylı avtobusa mindik.
Tıxac həmişəki kimi "Ər-Riyad"ın qarşısında başladı. 07:08-də burada tıxaca düşən avtobus Masazır dairəsini düz 07:49-da keçib (normalda 7-8 dəqiqəlik yoldur) avtobus zolağına çıxa bildi. Cəmi 3-4 dəqiqə zolaqla gəldi və bubdəfə Xırdalan dairəsində yenə tıxaca düşdü. Saat 08:01-da oranı birtəhər keçə bildik. Bundan 11 dəqiqə sonra da "Avtovağzal" stansiyasına çatdıq. Avtobus zolağının nizamsız, məntiqsiz çəkilməsi səbəbindən saatyarım tıxac əzabı! (İnsanlar yolboyu haqlı olaraq deyinir, qarğış edir və bir-bir ilə acı davranırdılar. Çünki işə, dərsə gecikirlər, tələbələr üçün daha pis nəticə olacaq, hər gecikmə imtahan balına təsir edir. Faktiki əksəriyyət aşırı qəzəb içərisində idi. Bu durumda gəlib işləməli, oxumalıdlrlar...)
Masazır, Xırdalan dairəsi ətrafında avtobuslar da fərdi maşınlar kimi və hətta iri olduqlarından daha çox müddətə tıxacda qaldıqlarına görə, faktiki Sumqayıt-Bakı yolunda avtobus zolağının ciddi bir faydası YOXDUR! Dəfələrlə təklif olunub ki, əgər avtobus zolağı tıxac başlayan yerədək uzadılmasa, ictimai nəqliyyat tısbağa sürəti həddindən o yana keçməyəcək.
Məsələn, mən fərdi maşınımla 6:40-da evdən çıxanda maksimum 07:40-da şəhərdə oluram. Avtobusla isə 08:12-da "Avtovağzal" metro stansiyasına çatmışıq.
Beləliklə, qızımın isə universitetə dərsə vaxtında yetişməsi mümkün olmadı.
Nə edək, dərdimizi kimə deyək? Faktiki yarıtmaz, işbilməz bəzi səlahiyyətlilərin ucbatından hər gün ömrümüzdən azı 2 saat boşuna gedir, əsəbimiz, həyat ritmimiz, planlarımız pozulur!
Axı bu zolağı normal təşkil etmək cəmi 1 günün işidir, niyə zülm verirsiniz sadə, zəhmətkeş insanlara?! Qəsdən edirsiniz?
Mən fərdi maşından avtobusla daha tez mənzil başına çatmaq üçün imtina etmişdim. İctimai nəqliyyat tam bərbad durumdadır, maşınla müqayisədə 30-40 dəqiqə daha çox tıxacda sürünürük, ona görə yenidən fərdi avtomobillə gəlib-getməyə məcburam.
Budur sizin ictimai nəqliyyata təşviqiniz?!
Elşad Məmmədli,
Jurnalist
P.S. Yazı müəllifin Feysbuk-dakı səhifəsindən götürülüb!
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR