Sabah hava necə olacaq? - Proqnoz

Sabah hava necə olacaq? - Proqnoz

CƏMİYYƏT

Bugün, 12:47

Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR