Türkiyə klubu ilə müqaviləyə son anda imza atmaqdan imtina edən məşhur hücumçu La Liqada "fırtına" yaradır

Türkiyə klubu ilə müqaviləyə son anda imza atmaqdan imtina edən məşhur hücumçu La Liqada \"fırtına\" yaradır

İDMAN

Bugün, 00:16

Türkiyə klubu "Çorum"a son anda tranfer olunmaqdan imtina edən  Pyer-Emerik Obameyanq hazırda La Liqada "fırtına" yaradır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, türk klubundan son anda imtina edən 37 yaşlı qabonlu məşhur hücumçu 2 illik müqavilə bağladığı "Deportivo"da 5 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə verib.

Məlumata əsasən, onun "ikinci nəfəs"indəki oyun tərzi yenidən dünyanın futbol "divlər"inin diqqətini indidən cəlb edib.

Xatırladaq ki, yayda "Marsel"dən "Çorum"la anlaşıb Türkiyənin  Çorum bölgəsinə gəlsə də, şəhəri bəyənmədiyi üçün müqaviləyə imza atmaqdan imtina etmişdi.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR