"Fənərbağça"da İsmayıl Kartal dövrü başa çatdı - Baş məşqçi geri dönmədi

\"Fənərbağça\"da İsmayıl Kartal dövrü başa çatdı - Baş məşqçi geri dönmədi

İDMAN

Bugün, 18:00

 UEFA Çempionlar Liqasında "Roma" ilə 1-1 hesablı oyundna sonra istefa verən "Fənərbağça"nın baş məşqçisi İsmayıl Kartal fikrindən geri dönməyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, istefa bəyanatından sonra "Fənərbağça"nın prezidenti Əziz Yıldırım "biz bir ailəyik. Kartalın  başına şüşə butulka atılıb deyə əsəbidir. Mən ona qal deyirəmsə, qalacaq", - deyə istefanın qəbul edilmədiyini bildirsə də, nəticə onun istəyi kimi olmayıb.

Məlumata görə, bu gün İsmayıl Kartalın fikrini dəyişdirmək üçün onunla daha iki saatlıq görüş olub, lakin  65 yaşlı məşqçi ilə fikrində qalıb: "İsmayıl Kartalı qərarını dəyişməyə razı salmaq istəyən "Fənərbaxça" klubunun futbol üzrə direktoru Oğuz Çetin Kartalla iki saatlıq görüşsə də, onu geri qayıtmağa razı sala bilməyib. Beləliklə, Kartalla yollar məcburən ayrılıb".

Komandanı növbəti liqa matçında meydana məşqçi Dirk Kuyt çıxaracaq.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR