İsmayıl Kartal istefasına belə izah verdi: "İndi heç bir problem yoxdur, davam edirik"

İsmayıl Kartal istefasına belə izah verdi: \"İndi heç bir problem yoxdur, davam edirik\"

İDMAN

Bugün, 00:10

"Roma" ilə oyundan sonra istefa verən və bir sutkadan sonra geri dönən "Fənərbaxça"nın baş məşqçisi İsmayıl Kartal "Qaziantep"lə matçdan əvvəl istefası barədə sualı cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, istefasını duyğusal olması ilə əlaqələndirib:

"Əvvəla, mən bu klubun oğluyam. "Roma" ilə oyun 1-1 olanda, yəni, hər şey yaxşı gedəndə tribunadan başıma su şüşəsi atıldı. Bu, məni çox üzdü. Azarkeşlərimizin məni istəmədiyi yerdə qalmağım xoş olmazdı. Buna bir az üzüldüm. Rəhbərliklə görüşdən sonra heç bir problem qalmadı, vəzifəmin başındayam. İndi heç bir problem yoxdur, davam edirəm. Oyunçularım mənim qayıtdığıma çox sevindi. Bir-birimizə öyrəşdik. Onlar da çox şad oldular. Heç bir problem yoxdur. Davam edirik", - deyə bildirib.

Qetd edək ki, "Fənərbağça" "Qaziantep"lə səfərdə qolsuz bərabərə qalıb.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR