Paşinyan: "Onlar ölkəyə KTMT qüvvələrini yeridilməsini istəyir, ancaq..." -  "Burada heç bir xarici sülhməramlı olmayacaq"

Paşinyan: \"Onlar ölkəyə KTMT qüvvələrini yeridilməsini istəyir, ancaq...\" -  \"Burada heç bir xarici sülhməramlı olmayacaq\"

SİYASƏT

Bugün, 18:05

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, respublikanın müxalifəti sabiq prezident Robert Köçəryan və "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın timsalında ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlılarının yeridilməsini istəyir.

Bu barədə o, parlamentdə "Ermənistan" və "Güclü Ermənistan" müxalifət fraksiyalarına müraciət edərək deyib.

"Sizin məqsədiniz odur ki, KTMT sülhməramlıları Ermənistana daxil olsun. Heç bir KTMT sülhməramlısı, ümumiyyətlə, heç bir xarici sülhməramlı olmayacaq. Çünki sülh bərqərar olub, Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır", - Paşinyan bildirib/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR