Mədəniyyət Nazirliyində Aparat rəhbəri təyinatı oldu - O, kimdir? (Tərcümeyi-halı)
GÜNDƏM
Bugün, 14:17
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub.
Mia.az xəbər verir ki, bu barədə nazirlik mlumat yayıb.
Bildirilib ki, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev bu vəzifəyə təyin edilib.
Qeyd edilib ki, Hikmət Mustafayev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) fərqlənmə diplomu ilə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bitirib. 1994–1995-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçib. 1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb.
O, eyni zamanda COP29 Azərbaycan Əməliyyat Şirkətində Aparat rəhbəri kimi bu mötəbər beynəlxalq tədbirin təşkilati və inzibati idarəetmə proseslərində fəal iştirak edib. Bu təyinatadək Heydər Əliyev Mərkəzi direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərən H.Mustafayev strateji planlaşdırma, institusional koordinasiya və təşkilati idarəetmə sahələrində geniş təcrübəyə malik mütəxəssis kimi tanınır.
Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Dövlət qulluğunun baş müşaviridir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Çağlar Söyüncü "Fənərbağça"dan ayrılır
Bugün, 16:59 İDMAN
-
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan sazişi - Yeni regional təhlükəsizlik arxitekturası formalaşır (TƏHLİL)
Bugün, 16:46 SİYASƏT
-
Bakıda və rayonlarda külək güclənəcək
Bugün, 16:39 GÜNDƏM
-
DEPUTATI BIÇAQLAYAN ATA VƏ OĞLU SAXLANILDI
Bugün, 16:32 GÜNDƏM
-
"ADY-dən bilet əldə edə bilmək üçün 3 həftə gözlədik, gecə saat 4-də..." - Aparıcıdan Bakı-Tbilisi qatarına bilet satışı ilə bağlı narazılıq...
Bugün, 16:26 CƏMİYYƏT
-
"Bank Avrasiya" ASC-nin məsul əməkdaşı cəzalandırılıb
Bugün, 16:14 İQTİSADİYYAT
-
Azərbaycan polisi Gürcüstanda yerli polislə əməliyyat keçirdi, "Anar007" saxlanıldı - VİDEO + TƏFƏRRÜAT
Bugün, 16:02 GÜNDƏM
-
Həftə sonunadək gözlənilən hava şəraiti açıqlanıb
Bugün, 15:49 CƏMİYYƏT
-
"Nar" inklüziv məşğulluğun təşviqinə töhfə verir - VİDEO, FOTO
Bugün, 15:14 CƏMİYYƏT
-
Kolleclərə qeydiyyat prosesi başlayıb
Bugün, 15:04 GÜNDƏM
-
Röya Ayxan kimə sevgi mesajı verdi? - VİDEO
Bugün, 14:52 ŞOU-BİZNES
-
Yasamalda saxta spirtli içki satan mağaza sahibi cərimələnib
Bugün, 14:35 İQTİSADİYYAT
-
Mədəniyyət Nazirliyində Aparat rəhbəri təyinatı oldu - O, kimdir? (Tərcümeyi-halı)
Bugün, 14:17 GÜNDƏM
-
Nazirlər Kabineti qərar verdi: onların maaşı artdı
Bugün, 14:09 İQTİSADİYYAT
-
Sabahdan yağış başlayır - XƏBƏRDARLIQ
Bugün, 13:53 GÜNDƏM
-
“Qırmızı körpü”də TIR sıxlığı: sürücülər günlərdir gözləyir, Gürcüstan niyə problem yaradır? + VİDEO
Bugün, 13:30 GÜNDƏM
-
DAHA BİR TƏRİQƏTİN MALİYYƏ QAYNAQLARINA "ƏL QOYULDU" - 5 şirkətə qəyyum təyin edildi, 349 sosial media hesabı bloklandı
Bugün, 13:22 SİYASƏT
-
"Türkiyədə seçki sistemi yenidən formalaşmalıdır" - MHP sədri daha bir dəyişikliyin anonsunu verdi
Bugün, 13:09 SİYASƏT
-
YENİ SƏDR ƏƏSMN-dəki DOSTLARINI AGENTLİYƏ TOPLAYIR - Regional idarə rəisi vəzifəsindən imtina etdi, növbəti təyinatlar oldu
Bugün, 13:03 GÜNDƏM
-
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur...
Bugün, 12:48 CƏMİYYƏT
-
“Azərsu”, “Azərişıq”, “Azərqaz”, “Asan kommunal” və tikinti şirkətlərinin sayğac oyunu... - Ev alanlara şərikli fırıldaq, yoxsa...?
Bugün, 12:40 İQTİSADİYYAT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:32 CƏMİYYƏT
-
Abşeronda arvad 48 yaşlı ərini öldürdü
Bugün, 12:15 KRİMİNAL
-
"Kardiologiya"da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi - 80 yaşlı kardioloqa alkoqol ittihamı?
Bugün, 12:05 CƏMİYYƏT
-
HƏKİM SƏHVİ, YOXSA... - Ali Məhkəmə xəstə-həkim mübahisələrinə dair izah yaydı
Bugün, 11:59 CƏMİYYƏT
-
Xalq artisti: "Kişi istər efirdə, istər səhnədə, istərsə də həyatda kişi kimi geyinməlidir"
Bugün, 11:50 MƏDƏNİYYƏT
-
Sabirabadda 36 yaşlı şəxs 8 kiloqram narkotiklə tutulub
Bugün, 11:48 KRİMİNAL
-
Ağdamda kənd qəbiristanlığında hərbi sursat tapılıb
Bugün, 11:31 CƏMİYYƏT
-
Romelu Lukaku: "Mərhələ adlamaq üçün savaşacağıq"
Bugün, 11:19 İDMAN
-
Ağciyər Xəstəlikləri Mərkəzinin baş həkimi vəzifədən azad edilib
Bugün, 11:11 CƏMİYYƏT
-
Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidinin şəxsiyyəti müəyyənləşdirildi - FOTOLAR
Bugün, 10:59 GÜNDƏM
-
QHT işi: Prokuror onlara cəza tələb etdi - Məhkəmə prosesi
Bugün, 10:48 SİYASƏT
-
Ukrayna yüzlərlə dronla Moskvaya zərbə endirdi - Əhali qorxuyla təhlükəsiz yer axtarır
Bugün, 10:41 GÜNDƏM