Abşeronda arvad 48 yaşlı ərini öldürdü

Abşeronda arvad 48 yaşlı ərini öldürdü

KRİMİNAL

Bugün, 12:15

Abşeronda qadın ərini öldürməkdə şübhəli bilinir.

Mia.az xəbər verir ki,  avqustun 19-da saat 12 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən, arvadı - 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır(Report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR