Şuşa və Xankəndidə Azərbaycan tarixi ilə bağlı yeni arxeoloji abidələr aşkarlanıb
MƏDƏNİYYƏT
17.08.2026, 16:58
Şuşa və Xankəndidə Azərbaycan tarixi ilə bağlı yeni arxeoloji abidələr aşkarlanıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Çöl Tədqiqatlarının Monitorinqi və Qiymətləndirilməsi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev məlumat verib.
“Ötən ay biz Şuşa və Xankəndidə kəşfiyyat xarakterli araşdırmalar apardıq. Şəhər ərazisi ayrı-ayrı sektorlara bölünərək nəzərdən keçirildi. Çoxsaylı yeni yaşayış binalarının özüllərinin kəsikləri yoxlanıldı. Eyni zamanda, şəhərdəki tarixi qəbiristanlıqların, o cümlədən çox geniş ərazini əhatə edən “Mirzə Həsən” qəbiristanlığının yayılma arealı, dövrü, vəziyyəti ilə bağlı məlumatlar toplandı. Kəşfiyyat zamanı Şuşada 19-cu əsrin əvvəllərinə aid 4 və 8 güşəli 2 türbə aşkar olundu. Bu türbələrin və onların ətrafındakı qəbirlərin 19-cu əsrin 20-30-cu illərinə aid olduğunu müəyyən etdik. Güman edirik ki, həmin türbələrin bərpası tezliklə həyata keçiriləcək və şəhər qonaqlarının, turistlərin istifadəsinə veriləcək”, – Təvəkkül Əliyev bildirib.
Onun sözlərinə görə, kəşfiyyat zamanı Şuşada əldə olunan əsas yeniliklərdən biri Şuşanın şimal şərq hissəsində Hacıquluların malikanəsindən və qoşa bürclərdən aşağıda geniş ərazini əhatə edən orta əsr yaşayış yerinin qeydə alınması olub: “Yaxın vaxtlarda oraya xüsusi ekspedisiyanın göndərilməsi planlaşdırılıb. Şuşanın ətrafında da bir sıra abidələr aşkar olunub. Məsələn, Şuşakənd tərəfdən baxanda Qarqarçayın üzərində bir aşırımlı daş körpü aşkarlanıb. Daşaltı kəndində isə kəndi su ilə təmin edən su kəmərinin bir hissəsi aşkarlanıb. Hazırda Şuşa şəhər Dövlət Qoruğunun ərazisində geniş quruculuq, tikinti işləri aparılır. Buna görə də şəhərdə arxeoloji kəşfiyyat işlərinin davam etdirilməsi təbiidir. Onu da qeyd edim ki, ötən ay aparılan ekspedisiya zamanı Xankəndi şəhəri və onun ətrafında, xüsusilə Kərkicahan kəndi istiqamətində araşdırmalar aparılıb, bir necə qədim kurqanların yeri müəyyən edilib. Hazırda isə biz Ağdamın Şahbulaq kəndində kəşfiyyat işləri aparırıq”.
Şöbə müdiri qeyd edib ki, arxeoloji qazıntılar yay aylarında aparılır: “Bu yay Şuşa və Xankəndi ilə yanaşı, Füzuli rayonunda Yedditəpə kurqanlarında, Zəngilanda Şərifan orta əsr şəhər yerində, Azıx və Tağlar mağaralarında qazıntı işləri aparılıb”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çempionlar Liqası: "Qalatasaray" uduzdu
Bugün, 01:00 İDMAN
-
Baş nazir Suriyada Hermon dağının zirvəsinə qalxdı, bölgə ölkələrini təhdid etdi: "Bütün ox sonda çökəcək"
Bugün, 00:34 GÜNDƏM
-
"Fənərbağça" - "Roma" matçı: "qara bazar"da bilet satanlar saxlanılıb
Bugün, 00:26 İDMAN
-
Keçmiş baş nazir Ərdoğanı oğlunun toyuna dəvət etdi
Bugün, 00:19 DÜNYA
-
Özgür Özəldən Mənsur Yavaşla Ərdoğanın qapalı görüşünə - Reaksiya
Bugün, 00:12 SİYASƏT
-
"Fənərbağça"nın stadionunun tutumu artırılır - Dam örtüyü 6 metr qaldırılacaq, yeni tribunalar və...
Bugün, 00:08 İDMAN
-
ƏRDOĞAN ELƏ SİYASİ GEDİŞ ELƏDİ Kİ... - Müxalifətin vahid namizədliyinə adı hallanan Yavaşla qapalı görüşdən ilk açıqlamalar (FOTO)
Bugün, 00:01 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Çempionlar Liqası: iki oyunda qapılara 10 qol vuruldu
09.09.2026, 22:52 İDMAN
-
Xaricdən mal gətirmə qaydaları dəyişdi - Hökumət qərar verdi + DETALLAR
09.09.2026, 22:06 İQTİSADİYYAT
-
Leyla Əliyeva, Arzu Əliyeva və diplomatlar Madriddə sərgidə - VİDEO, FOTOLAR (YENİLƏNİB)
09.09.2026, 20:36 GÜNDƏM
-
YƏMƏNDƏ MÜDAFİƏ NAZİRİNİN KARVANINA HÜCUM OLDU - Nazirin taleyi məlum deyil
09.09.2026, 18:56 DÜNYA
-
PUTİN-TRAMP DANIŞIĞINDAN SONRA BAKIYA ZƏNG və ya PAŞİNYANIN PARİSƏ TƏLƏSİK SƏFƏRİ: nə baş verir? (TƏHLİL)
09.09.2026, 18:44 SİYASƏT
-
"Yaşıl Teatr" və Bakı Şəhər Bələdiyyə Teatrı nazirliyin tabeliyinə verildi
09.09.2026, 18:11 MƏDƏNİYYƏT
-
"Əgər Bişkekdə müzakirə olunan sülh, ticarət və nəqliyyat layihələri real nəticələrə çevrilərsə..." - TƏHLİL
09.09.2026, 18:05 SİYASƏT
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
09.09.2026, 17:47 MƏDƏNİYYƏT
-
Məşğulluq Agentliyi eyni şirkətdən anbar icarəyə götürüb
09.09.2026, 17:22 İQTİSADİYYAT
-
İsmayıllıda toyda kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
09.09.2026, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
09.09.2026, 17:00 İQTİSADİYYAT
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09.09.2026, 16:52 GÜNDƏM
-
Dustaqlara futbola baxmaq qadağan olundu
09.09.2026, 16:17 DÜNYA
-
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı - Saxlanılan var - Foto
09.09.2026, 16:13 PRESS
-
TÜRKİYƏNİN 3 NAZİRİNİN MÖBİL TELEFONUNA SIZMA CƏHDİ OLUB
09.09.2026, 16:01 SİYASƏT
-
"Samsunspor"da ayrılıq olub
09.09.2026, 15:42 İDMAN
-
Təhsil fədakarı... - Səxavət Tağlar Nailə Məmmədovanı təbrik edib
09.09.2026, 15:34 MƏDƏNİYYƏT
-
QHT işi: Qalib Bayramova hökm oxundu
09.09.2026, 15:24 SİYASƏT
-
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə düşdü - FOTO
09.09.2026, 15:15 GÜNDƏM
-
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - VİDEO, FOTOLAR
09.09.2026, 15:08 CƏMİYYƏT
-
İlham Əliyev Xalq artisti vəfatı ilə bağlı nekroloq imzaladı - MƏTN
09.09.2026, 15:02 GÜNDƏM
-
Suriyada silah anbarı partladılıb - Yaralılar var
09.09.2026, 14:47 DÜNYA
-
"Kurtlar Vadisi Pusu" ilə tanınan 54 yaşlı aktrisa bu dəfə geyimiylə gündəm oldu
09.09.2026, 14:17 ŞOU-BİZNES
-
Türkiyə Qara dənizdə yenidən neft axtaracaq
09.09.2026, 14:09 İQTİSADİYYAT
-
Kollecdə korrupsiya faktları üzə çıxdı: 4 nəfərə cinayət işi açıldı
09.09.2026, 13:33 CƏMİYYƏT
-
Ceyhun Bayramov: "Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir"
09.09.2026, 13:18 SİYASƏT