ADNSU-da daha 6 təyinat oldu - FOTOLAR
CƏMİYYƏT
01.08.2026, 13:01
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) idarəetmənin səmərəliliyinin artırılması, akademik fəaliyyətin müasir tələblərə və əmək bazarının dəyişən ehtiyaclarına uyğun təşkili, eləcə də struktur bölmələri arasında koordinasiyanın gücləndirilməsi məqsədilə genişmiqyaslı struktur yenilənməsi həyata keçirilib.
Mia.az Modern.az-a istinadla xəbər verir ki, ADNSU Elmi Şurasının qərarına əsasən, universitetin təşkilati strukturu optimallaşdırılıb, fakültə və kafedraların fəaliyyət istiqamətləri yenidən formalaşdırılıb. Dəyişikliklər nəticəsində fakültələrin sayı 7-dən 6-ya, kafedraların sayı isə 24-dən 18-ə endirilib. Eyni zamanda Xarici dillər mərkəzi və AZİU Biznes Məktəbi yaradılıb.
Struktur dəyişiklikləri çərçivəsində yeni yaradılan Rəqəmsal texnologiyalar fakültəsinə dekan, 11 kafedraya müdir, Xarici dillər mərkəzinə isə direktor təyin olunub. Digər fakültə dekanları və kafedra müdirlərinin təyinatları struktur yenilənməsi ilə bağlı müəyyən edilmiş qaydalara uyğun olaraq əvvəlki rəhbər heyət arasından həyata keçirilib.
Yeni rəhbər heyət müxtəlif elm və təhsil sahələrində uzun illik pedaqoji, tədqiqat, beynəlxalq əməkdaşlıq, dövlət idarəçiliyi və texnologiya təcrübəsinə malik mütəxəssislərdən ibarətdir. Müvafiq rəhbər vəzifələrə təyin olunan şəxsləri təqdim edirik.
Almaniyanın Leypsiq Universitetində doktorantura təhsili alaraq Dr. rer. nat. elmi dərəcəsi qazanan Elşən Abdullayev Yer elmləri kafedrasının müdiri təyin edilib. Təxminən 20 illik peşəkar təcrübəyə malik Elşən Abdullayev UFAZ-da Yer elmləri proqramının koordinatoru, Xəzər Universitetində Neft-qaz mühəndisliyi departamentinin müdiri və yer elmləri üzrə mühazirəçi kimi çalışıb. O, Almaniyada DAAD, ABŞ-nin Georgia Universitetində isə Fulbright proqramları çərçivəsində elmi fəaliyyət göstərib.
Texnika üzrə fəlsəfə doktoru, dosent İnqlab Əliyev Neft-qaz mühəndisliyi kafedrasının müdiri təyin olunub. Bakalavr, magistratura və doktorantura təhsilini ADNSU-da başa vuran İnqlab Əliyev 2010-cu ildən universitetdə elmi-pedaqoji fəaliyyət göstərir. O, Qaz-neft-mədən fakültəsində elmi işlər və beynəlxalq münasibətlər üzrə dekan müavini, Neft-qaz mühəndisliyi kafedrasında dosent və son olaraq ADNSU-nun Elmi katibi vəzifələrində çalışıb.
Fizika üzrə fəlsəfə doktoru Xəyalə Əliquliyeva Elektromexanika kafedrasının müdiri təyin olunub. Bakı Dövlət Universitetində fizika və bioloji fizika üzrə təhsil alan, AMEA-nın Fizika İnstitutunda doktorantura keçən Xəyalə Əliquliyevanın 17 ilə yaxın elmi-pedaqoji təcrübəsi var. O, AMEA-da elmi işçi, Sumqayıt Dövlət Universitetində baş müəllim, dosent, elmi-tədqiqat laboratoriyasının müdiri və kafedra müdiri kimi çalışıb. 75-dən çox elmi əsərin və iki metodik vəsaitin müəllifi olan Xəyalə Əliquliyeva “Yüksəliş” müsabiqəsinin eksperti kimi də fəaliyyət göstərib.
Tarix üzrə fəlsəfə doktoru, dosent Nərminə Əmirbəyova Humanitar fənlər kafedrasının müdiri təyin olunub. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olan Nərminə Əmirbəyovanın təxminən 29 illik əmək təcrübəsi var. O, orta məktəbdə tarix müəllimi, AMEA-nın Tarix və Etnologiya İnstitutunda aparıcı elmi işçi, 2018-ci ildən isə ADNSU-da dosent kimi çalışıb. Altı monoqrafiyanın və 40 elmi məqalənin müəllifidir, 25-dən çox beynəlxalq konfrans və konqresdə iştirak edib.
İqtisad üzrə fəlsəfə doktoru Xatirə Dövlətova İqtisadiyyat kafedrasının müdiri təyin olunub. UNEC-də bakalavr və MBA təhsili alan Xatirə Dövlətova 2016-cı ildən ADNSU-nun bakalavr və MBA proqramlarında iqtisadiyyat, marketinq, qərar elmi, istehlakçı davranışı və tədqiqat metodları üzrə fənlər tədris edib. O, Təhsil İnstitutunda aparıcı təhsil mütəxəssisi kimi kurikulumların hazırlanması, akkreditasiya və keyfiyyət təminatı proseslərində iştirak edib, “İnnovativ Məktəb” layihəsində koordinator kimi fəaliyyət göstərib.
Filologiya üzrə fəlsəfə doktoru Aynur Məmmədova Xarici dillər mərkəzinin direktoru təyin olunub. Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinin məzunu olan Aynur Məmmədovanın 37 ilə yaxın əmək təcrübəsi var. O, 1994-cü ildən ADNSU-nun Xarici dillər kafedrasında baş laborant, müəllim və baş müəllim vəzifələrində çalışaraq ingilis dilinin tədrisi və tələbələrin xarici dil bacarıqlarının inkişafı istiqamətində fəaliyyət göstərib. Elmi məqalələrin və tədris-metodik vəsaitlərin müəllifidir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Prezident İlham Əliyev müharibəni qazandı, lakin o, həm də sülhü qazandı!” - Hikmət Hacıyev + VİDEO
Bugün, 14:50 GÜNDƏM
-
Nəsimi Rayon İcra Hakimiyyətində rayon ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
Bugün, 14:45 CƏMİYYƏT
-
"Vaşinqtonda ortaya çıxan nəticələr göstərdi ki..." - TƏHLL
Bugün, 13:58 SİYASƏT
-
PAŞİNYAN PREZİDENT İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Bugün, 12:32 GÜNDƏM
-
Xəzərdə boğulan 16 yaşlı uşağın meyiti tapıldı
Bugün, 12:14 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:07 CƏMİYYƏT
-
"Bacıma bu itkini ikiqat ağır edən bir məqam da var" - Blogerin bacısı kürəkəninin ölümündən yazdı
Bugün, 11:45 CƏMİYYƏT
-
Direktor, rəislər və siqaret qaçaqlmalçıları... - Onlar mühakimə olunurlar
Bugün, 11:01 GÜNDƏM
-
Xocavənddə traktor minaya düşüb
Bugün, 10:49 GÜNDƏM
-
Ağdaşda İTV əməkdaşlarına hücum edildi – Həmin anın VİDEOSU
Bugün, 10:47 PRESS
-
Gəncədə vəkilin qardaşı öldürülüb - TƏFƏRRÜAT
Bugün, 10:43 KRİMİNAL
-
Azərbaycanın diplomatik zəfəri: Vaşinqton bəyannaməsi nələri dəyişdi?
Bugün, 10:28 SİYASƏT
-
SOCAR-ın Vitse-prezidentinin "Azəriqaz" rəhbərinə xəbərdarlıq məktubu yayıldı - Ən çox qaz itkisi hansı bölgələrdədir? - SƏNƏD
Bugün, 10:03 İQTİSADİYYAT
-
Paşinyan: "Yaxın vaxtlarda TRIPP-in icrasına başlayacağıq" - "Bu, böyük regional və beynəlxalq hadisə olacaq"
Bugün, 09:51 GÜNDƏM
-
Rəsmi Bakı Gürcüstanla bağlı bəyanat yaydı
Bugün, 09:12 SİYASƏT
-
Bakıda vəkil həbs edilib
07.08.2026, 23:40 GÜNDƏM
-
Eren Derdiyok "Qalatasaray"da baş məşqçi oldu
07.08.2026, 23:38 İDMAN
-
Etna dağı yenidən aktivləşib
07.08.2026, 21:10 DÜNYA
-
Daha bir tiktoker cəzalandırıldı
07.08.2026, 20:07 PRESS
-
2500-ə yaxın internet resurslarının idarəetmə panellərini "qıran" şəxslər saxlanıldı - VİDEO
07.08.2026, 19:57 KRİMİNAL
-
İcra başçısının sabiq müavininə hökm oxundu
07.08.2026, 18:57 KRİMİNAL
-
Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ
07.08.2026, 18:09 YAZARLAR
-
Bu tarixdə leysan yağacaq - Xəbərdarlıq
07.08.2026, 18:00 GÜNDƏM
-
"Rəşad Dağlının əfv siyahısına salınmasına əsas yoxdur"
07.08.2026, 17:45 MƏDƏNİYYƏT
-
AQTA heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlayıb
07.08.2026, 17:33 İQTİSADİYYAT
-
Yeni Partiya bu partiyanın qərargahına köçür - Aylıq 4 milyon tl kirayə haqqı var
07.08.2026, 17:18 DÜNYA
-
Mətbuat katibi: "ADY Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir..."
07.08.2026, 17:05 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
07.08.2026, 17:00 İQTİSADİYYAT
-
Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurması və... - TƏHLİL
07.08.2026, 16:55 SİYASƏT
-
Həftəsonu güclü külək əsəcək - Xəbərdarlıq
07.08.2026, 16:20 GÜNDƏM
-
Bələdiyyə sədri Məhəmməd Salaha torpaq təklif elədi: "Gəl burada yaşa, qarşıdakı illərdə Misirdə elə isti hava olacaq ki..."
07.08.2026, 16:11 İDMAN
-
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticəsi: 543 nəfər məqbul qiymət aldı
07.08.2026, 15:56 PRESS
-
Mikayıl Cabbarov: "Kadr potensialının gücləndirilməsi nəticəsində istehsal həcmi artıb"
07.08.2026, 15:43 İQTİSADİYYAT
-
"Səbail" futbol klubu Qubanı təmsil edəcək
07.08.2026, 15:34 İDMAN