Miqrant böhranı elə hal aldı ki... - Avropa İttifaqından İspaniyaya ilk zərbə gəldi: "Şengen zonası daxilində sərbəst hərəkəti dayandırıldı" (FOTOLAR)

Miqrant böhranı elə hal aldı ki... - Avropa İttifaqından İspaniyaya ilk zərbə gəldi: \"Şengen zonası daxilində sərbəst hərəkəti dayandırıldı\" (FOTOLAR)

GÜNDƏM

31.07.2026, 22:22

Mərakeşdən dəniz yolu ilə rezin balonlarla üzərək İspaniya sahillərinə kütləvi axın edən miqrantlar təkcə adıçəkilən ölkədə deyil, Avropa İttifaqına üzv 27 ölkədə böyük həyəcan yaradıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, artıq İspaniya Mərakeşdən Şimali Afrika ərazisi olan Seutaya qeyri-qanuni miqrant axınına görə Avropa İttifaqından ilk zərbəsini alıb.

Məlumata görə, İtaliya Şengen zonası çərçivəsində İspaniya ilə sərbəst hərəkəti dayandırıb, digər ölkələr də belə qərar vermək ərəfəsindədir.

İspaniyanın "El Pais" qəzeti yazır ki, son 24 saatda ölkəyə qanunsuz gələn miqrantların sayı 50 min nəfəri ötüb: "İndiyə qədər dənizdə üzərək İspaniyaya girməyə çalışan 57 nəfər isə boğularaq ölüb...".

İspaniya hökumətindən bildirilib ki, miqrant axınının qarşısını almaq üçün tam gücləri ilə səfərbər olunublar...

Tahir 

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR