CHP ÇÖKÜR: 200-DƏN ARTIQ BƏLƏDİYYƏ SƏDRİ İSTEFA VERDİ

CHP ÇÖKÜR: 200-DƏN ARTIQ BƏLƏDİYYƏ SƏDRİ İSTEFA VERDİ

SİYASƏT

Bugün, 15:48

Türkiyədə 200-dən çox bələdiyyə sədri CHP-dən istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar ötən həftə qurulan Özgür Özəlin sədri olduğu Yeni Partiyana keçiblər.

Bu barədə Yeni Partiyanın parlamentdəki fraksiyasının sədr müavini Gökhan Günaydın açıqlama verib.

Günaydın bildirib ki, bu gündən etibarən 200-dən çox bələdiyyə sədri Yeni Partiyaya qoşulmaq üçün CHP-dən ayrılıblar: “Hələ xeyli bələdiyyə  sədri də var ki,  Yeni Partiyaya üzv olmağa tələsirlər. Bu mənzərəni görməkdən çox məmnunuq”.

CHP-dən istefa verən İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cəmil Tuqayın AK Partiyaya qoşulacağı barədə iddialar haqda sualı cavablandıran Günaydın bildirib ki, onunla bu barədə söhbəti olmaylıb: “Onunla heç bir ünsiyyətim olmayıb. Onun seçiminə İzmir seçiciləri münasibət bildirəcək".

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR