2026-cı ilin ilk yarısında “Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700-dən çox müraciət daxil olub
CƏMİYYƏT
Bugün, 15:41
“Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” uşaqların müdafiəsi və rifahının təmin olunması istiqamətində işini davam etdirir.
Mia.az xəbər verir ki, cari ilin ilk altı ayı ərzində qaynar xəttə ümumilikdə 3751 müraciət daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə müraciət sayında nəzərəçarpacaq artım müşahidə olunur.
Statistikaya əsasən, müraciətlərin böyük hissəsi (1245 müraciət) psixoloji dəstəyə ehtiyacla bağlı olub. Zorakılıq halları üzrə 819 müraciət məişət zorakılığı, psixoloji, fiziki, cinsi, iqtisadi və sosial zorakılıq, etinasızlıq, həmçinin bullinq və kiberzorakılığı əhatə edib.
Eyni zamanda, hüquqi yardıma ehtiyacla bağlı 386, təhsil üzrə 179, səhiyyə ilə bağlı 70 müraciət qeydə alınıb.
Sosial məsələlərlə bağlı daxil olan 360 müraciət sığınacaqla təmin olunma, intihar düşüncələri və intihara cəhd halları, eləcə də uşaqların istismarı və onların həssas vəziyyətindən sui-istifadə ilə əlaqədar olub. Digər 692 müraciət isə müxtəlif mövzular üzrə ümumi suallar və məlumat sorğularını əhatə edib.
Müraciətlərin 1895-i qadın, 1020-si kişi tərəfindən, 836-sı isə anonim şəkildə edilib. Yaş bölgüsü üzrə isə müraciətlərin 2445-i 15–18 yaş, 1009-u 11–14 yaş, 297-si isə 10 yaşadək uşaqlarla bağlı olub.
Xidmət çərçivəsində müraciət edən şəxslərə psixoloji dəstək, hüquqi məsləhət və sosial istiqamətdə yönləndirmə xidmətləri göstərilib.
Qeyd edək ki, “Uşaq Qaynar Xətti”nin fəaliyyəti yalnız müraciətlərin cavablandırılması ilə məhdudlaşmır. Xidmət eyni zamanda uşaqlar, valideynlər və cəmiyyət arasında məlumatlılığın artırılması, təhlükəsiz mühitin təşviqi və erkən müdaxilə mexanizmlərinin gücləndirilməsi istiqamətində də fəaliyyətini davam etdirir.
Xidmətin əsas məqsədi çətin vəziyyətə düşmüş uşaqlara dəstək göstərmək, onların hüquqlarının qorunmasına töhfə verməkdir. Məxfiliyin qorunması xidmətin əsas prinsiplərindən biridir və daxil olan məlumatlar yalnız zəruri hallarda, müraciət edənin razılığı ilə aidiyyəti qurumlara ötürülür.
Hazırda 116111 qısa nömrəsi, mobil nömrələr (+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80), elektron poçt ([email protected]), rəsmi internet səhifəsi, Facebook və Instagram sosial şəbəkə profilləri (@usaqqaynarxetti), “Uşaq Qaynar Xətti” mobil tətbiqi vasitəsilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” “Azercell Telekom” MMC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Abşeron rayonunun bəzi ərazilərində qaz kəsiləcək
Bugün, 16:55 CƏMİYYƏT
-
"TƏBİB-in icraçı direktoru kimi arvadına təhsil müəssisəsi açdı, övladına biznes imperiyası qurdu" - "A kişi, bir qurumda 900 milyon yeyinti olar?"
Bugün, 16:29 CƏMİYYƏT
-
FİFA Trampın kürəkəninə dünya futbolunda "gizli yol" açır - 20 milyard dollarlıq şirkət və UEFA ilə yeni gərginlik...
Bugün, 16:29 İDMAN
-
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib - MÜZAKİRƏ + FOTO
Bugün, 16:13 GÜNDƏM
-
Xalq artisti: "Cəsarət mətinlik göstəricisidir"
Bugün, 15:57 ŞOU-BİZNES
-
CHP ÇÖKÜR: 200-DƏN ARTIQ BƏLƏDİYYƏ SƏDRİ İSTEFA VERDİ
Bugün, 15:48 SİYASƏT
-
2026-cı ilin ilk yarısında “Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700-dən çox müraciət daxil olub
Bugün, 15:41 CƏMİYYƏT
-
Tanınmış cərraha 9 il həbs verildi - “Opera Hotel”də tutulubmuş
Bugün, 15:20 KRİMİNAL
-
Dünyanı sarsıdacaq daha bir həmlə: qlobal iqtisadi böhran və genişlənmə ehtimalı artan böyük müharibə qapıdadır...
Bugün, 15:04 GÜNDƏM
-
Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub
Bugün, 14:49 GÜNDƏM
-
DTX-nin həbs etdiyi Fransa vətəndaşı: şikayət etdi, hökm dəyişmədi
Bugün, 14:37 SİYASƏT
-
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir
Bugün, 14:37 GÜNDƏM
-
Pulları kəsilən alimlərdən şok qərar: seks platformasında hesab açdılar
Bugün, 14:21 DÜNYA
-
Türk model 13 yaş balaca sevgilisi ilə bir arada - FOTO
Bugün, 14:07 ŞOU-BİZNES
-
"Vəzifədə olduğum müddətdə şəhərimizə belə bir musiqiçilər ayaq basa bilməz"
Bugün, 13:47 MƏDƏNİYYƏT
-
Azərbaycanda sümüksüz mal əti və quzu ətinin qiyməti bahalaşıb - Ekspert rəyi + VİDEO
Bugün, 13:43 İQTİSADİYYAT
-
Yenə iki gün güclü külək olacaq - Xəbərdarlıq
Bugün, 13:34 GÜNDƏM
-
Nərgiz Qurbanova ilə bağlı yeni iddia yayıldı
Bugün, 13:12 SİYASƏT
-
“Azərişıq”da "unikal təyinat"lar davam edir - Vüqar Əhmədov bu dəfə kimlərə etimad göstərib?
Bugün, 13:05 GÜNDƏM
-
Nazir müavinin qardaşını dindarlarla nə bağlayır?
Bugün, 12:41 SİYASƏT
-
Teatr direktoru vəzifədən azad olunub
Bugün, 12:33 MƏDƏNİYYƏT
-
Sevinc Yusifova vəzifədən azad edilib
Bugün, 12:30 CƏMİYYƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:15 CƏMİYYƏT
-
Antalya Bələdiyyəsinin Gənclər Mərkəzinin müdiri saxlanıldı
Bugün, 12:11 DÜNYA
-
TƏBİB rəhbərindən daha bir -Təyinat
Bugün, 12:05 CƏMİYYƏT
-
Gilay idmandan niyə kənarlaşdırılıb? - "General Elçin Quliyevin məsələdən xəbəri var"
Bugün, 11:55 İDMAN
-
"E-manat”ın dövlətə 386 min manat borcu yığılıb
Bugün, 11:35 İQTİSADİYYAT
-
AAYDA-da daha bir dəyişiklik - Sədr özünə yeni müaşvir götürdü
Bugün, 11:19 GÜNDƏM
-
Space TV-nin süjeti: Sumqayıtda Mədəniyyət parkında tikinti aparılır - Ağacları kim kəsir? + VİDEO
Bugün, 11:07 CƏMİYYƏT
-
İordaniya İranı hədələdi: "Sonadək səbrli olmayacağıq"
Bugün, 10:55 DÜNYA
-
"Telegram"ın qurucusu beynəlxalq axtarışa verildi - Rusiyada haqqında həbs qərarı çıxarıldı
Bugün, 10:44 PRESS
-
DİM: "Magistraturaya qəbulun nəticələri bu gün və ya sabah elan olunacaq"
Bugün, 10:29 GÜNDƏM
-
Pansionat direktoru yüksək vəzifəyə təyin edildi - TƏBİB-in yeni rəhbəri köhnə kadrlarını toplayır
Bugün, 10:23 GÜNDƏM